Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Çar 2 ci Nikolay, Lenin və Stalin ayda nə qədər maaş alıb?

Çar 2 ci Nikolay, Lenin və Stalin ayda nə qədər maaş alıb?

Azpost saytına istinadən Icma.az xəbər verir.

Dövlət başçılarının nə qədər maaş alması həmişə maraq doğurur.

SSRİ rəhbərlərinin maaşları barədə açıq məlumat verilməsə də sənədlərdə bu öz əksini tapıb.

Azpost.info sovet rəhbərlərinin əmək haqları barədə məlumatları oxucularına təqdim edir.

İlk əvvəl qeyd edək ki, sovet hakimiyyəti qurulana qədər Rusiyada imperator xüsusi üstünlüklərə malik olub. Buna baxmayaraq çar üçün də əmək haqqı yazılıb.

Rusiya imperatoru İkinci Nikolay çar elan olunana qədər hər il xəzinədən öz bank hesabı ilə 100 min rubl alırmış. Çar tacını başına qoyandan sonra isə onun illik maaşı 200 min rubl olub. Daha 20 min  rubl isə onun “otaq və qarderob xərcləri” təşkil edib. İmperatiriça Aleksandra Fyodorvnanın xərcləri də bu qədər olub. Şahzadə Aleksey il ərzində 100 min, qızları isə hər birinə 50 min rubl ödənilirdi.

1910-cu ildə 2-ci Nikolay qızları Olqa və Tatyananın xərcləri üçün məbləğin ildə 5 min rubla çatdırılmasına israr edib.

Ov mövsümünü təşkil edən İmperator saraynın xüsusi şöbəsi ildə 30 min rubl alırdı.Tacqoyma mərasiminin xərcləri isə 7 milyon rubla çatırdı.

Çar Rusiyasında o zaman fəhlə ildə 200 rubl, məmur min rubl, müəllim min beş yüz rubl, qvardiya polkovniki isə 4 min rubl maaş alırdı.

Sovet rəhbərləri isə daha mütəvazi maaşlar alıblar.

Sovet dövlətinin qurucusu Vladimir Lenin 1917-ci il Oktyabr çevrilişindən sonra Xalq Komissarları Sovetinin sədri kimi 500 rubl alıb. 1918-ci ildə inqilab rəhbərinin maaşı 800 rubla qaldırılıb.

Leninin məqalələri və kitabları da dərc olunurdu və rəhbər bundan yaxşı qonorar alırdı. 1919-cu ildə Lenin vergi bəyannaməsində il ərzində 27 min rubl gəlir əldə etdiyini göstərib.

Lenin mənzildə yaşamaq üçün pul xərcləməyib. O, Petroqaddan Moskvaya köçərkən həyat yoldaşı Krupskaya və bacısı Mariya Ulyanova ilə birgə “Nasional” mehmanxanasının lüks nömrəsində yaşayıb. Kremldəisə kabinet, telefon danışıq məntəqəsi, duş kabinə və ayaqyolu olan 178 metrlik mənzildə yaşayıb. Leninin ixtiyarında şəxsi lift də olub. Lenin rus taciri Zinaida Morozvadan müsadirə olunmuş malikanədə dincələrkən də bir qəpik də ödəmirdi.

İosif Stalin inqilabdan sonra millətlər üzrə komissar olsa da həmçinin Vətəndaş müharibəsi zamanı dövlət nəzarəti üzrə komissar, və fəhlə-kəndli müfəttişliyinin sədri olub. Bu vəzifələrdən hər biri üzrə Stalin 225 rubl maaş alıb.

1930-cu ildə Stalinin maaşı 500 rubl olub. 1936-cı ildə onun maaşı artırılaraq 1200 rubla çatıb. Stalinin partiya biletinin 1944-cü il üzrə “üzvlük haqları” səhifəsində maaşı 2300 rubl göstərlib. O ayda 69 rubl üzvlük haqqı ödəyib.

1947-ci ildə pul islahatından sonra yenidən hesablaşma aparılır və “Xalqlar atası” ayda 10 min rubl maaş almağa başlayır. SSRİ-də o zaman orta aylıq əmək haqqı 1000 rubl idi. 1952-ci ildə Stalin Nazirlər Sovetinin sədri kimi 10 min rubl maaşdan ödəniş edib. Ayda 300 rubl ödəyib.

Stalinin mənzil və istirahəti havayı idi. Onun sevimli istirahət yeri Kuntsvoda və Abxaziyadakı Ritsa gölü yanında ki bağ evləri olub.

Stalinin ölümündən sonra onun yerini tutan Nikita Xruşşov ayda 8 min rubl maaş alıb.  1961-ci ildə SSRİ –də aparılan pul islahatından sonra Xruşşovun maaşı 800 rubl olub.

O, “Leninskix qora” adlı məkanda dövlət iqamətgahında yaşayıb. 1956-cı ildən sonra isə Krımda dövlət bağında dincəlməyə üstünlük verib.

Xruşşovdan sonra 1964-cü ildə hakimiyyətə gəlmiş Leonid Brejnevin əmək haqqı dəyişməyib. Brejenvə də ayda 800 manat maaş yazılıb. 1974-cü ildə onun əmək haqqı 1300 rubla yüksəlib, 1978-ci ildə isə Leonid İliç 1500 rubl alırdı.

Əziz Leonid İliç təkcə maaşla dolanmırdı. 1973-cü ildə aldığı Lenin sülh mükafatının məbləği 25 min rubl idi. 1980-ci ildə ona ədəbiyyat sahəsində Lenin Mükafatı verilib. O, “Kiçik torpaq”, “İnkişaf” və “Xam Torpaq” kitablarına görə 10 min rubl mükafat alıb. Brejnevin kitablarının ümumi tirajı 45 milyon idi. Yalnız birinci nəşrə görə rəhbər 180 min rubl pul almışdı.

Brejnevin adına Kutuzov prospektində 185 metlrik mənzil olsa da o, Skolkovodakı böyük bağda yaşamağa üstünlük verirdi.

DTK-nın uzunömürlü sədri Yuri Andropov 1982-ci ilin noyabrında SSRİ rəhbəri olduqdan sonra maaşı 800 rubl olub. O bununla Xruşşov dövründəki əmək haqqını alıb. 1984-cü ilin yanvarında, ölümü ərəfəsində onun gəliri 8800 rubl olub. Bu məbləğ onun 1983-cü ildə nəşr edilmiş kitablarından gələn pul idi.

Mixail Qorbaçov da özünü sələfləri kimi ayda 800 manat maaş alıb. Siyasi Büronun üzvü olaraq 1988-ci ildən o 1200 rubl almalı idi.  SSRİ Prezidenti kimi onun əmək haqqı 4 min rubl olub. Qorbaçov bu maaşdan 1600 rubl vergi və 40 rubl həmkarlara ödəyib.

Qorbaçov həyat yoldaşı Raisa ilə Kosıqin küçəsində malikanədə və “Barvixa-4” dövlət bağında yaşayıb.

SSRİ Prezidentinin ölkə daxili və xarici səfərlərinin xərcləri isə SSRİ dövlət büdcəsi çərçivəsində həll olunurdu.

A.ABBASOV

Azpost.info

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:321
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri