Icma.az
close
up
RU
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilib

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar səhər yeməyi keçirilib

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün, 15 aprel tarixində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunmuşdur.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sərgi iştirakçıları və təşkilatçılarına salamını və mesajını çatdırıb. Aqrar sənaye sahəsində çalışan mütəxəssislərin və şirkətlərin istəyinin nəzərə alınaraq, sərgilərin artıq 3 gün deyil 4 gün təşkil edilməsi alqışlanmış və bu məqamın aqrar sektorda çalışanlar üçün böyük önəm daşıdığı bildirilmişdir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları olan “Caspian Event Organisers” şirkətinin rolu xüsusi vurğulanmışdır.
İşgüzar səhər yeməyi zamanı sərgiyə hazırlıq prosesində diqqət olunmalı məsələlər, eləcə də iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmaq yolları haqqında məlumat təqdim olunmuşdur. İşgüzar səhər yeməyi interaktiv formada sual-cavab sessiyası ilə keçirilmişdir.
Tədbirdə 44 şirkətdən 70-ə yaxın nümayəndə iştirak etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) sərgilərə dəstək göstərən qurumların nümayəndələri iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərəzində təşkil ediləcəkdir.
İşgüzar səhər yeməkləri iştirakçılara sərgidə satışlarını artırmaq və iştiraklarının effektivliyini yüksəltmək, netvörkinq, reklam imkanlarından maksimum istifadə etmək üçün faydalı məlumatlar və praktiki tövsiyələr təqdim edir. Bu tədbirlər sayəsində iştirakçılar müzakirə olunan üsul və strategiyaları tətbiq edərək məqsədlərinə daha sürətli və effektiv şəkildə çata, həmçinin sərgilərin təqdim etdiyi imkanlardan tam faydalana bilərlər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri