Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

® “Caspian Energy Holding” yaradılır 50 faizlik pay satışa çıxarılır

® “Caspian Energy Holding” yaradılır 50 faizlik pay satışa çıxarılır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Cari il mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi (“InterFood Azerbaijan”) və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (“Caspian Agro”) çərçivəsində "Caspian Energy Club"ın stendini ziyarət edib.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev prezidentə “Caspian Energy Holding”in yaradılması haqqında məlumat verib.

Uzun illərdir “Caspian Energy” brendi altında fəaliyyət göstərən networking platformalar, media layihələr, forumlar və mükafatlar artıq vahid idarəetmə strukturu altında birləşdirilir və bu məqsədlə “Caspian Energy Holding” təsis edilir. Yeni holdinqin əsas hədəfi “Caspian Energy” brendi çərçivəsində mövcud olan bütün layihələrin vahid çətir altında toplanması və strukturlaşdırılması, daha effektiv idarə olunması, rəqəmsallaşdırılması və beynəlxalq miqyasda inkişaf etdirilməsidir.

“Caspian Energy Holding”ə məxsus şirkətlər və layihələr fəaliyyət növünə uyğun olaraq qruplara bölünüb:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

Yeni struktura daxil olan layihələrin rəqəmsallaşdırılması və vahid ekosistem formatında qlobal miqyasda əlçatan olması əsas prioritetlərdən biridir. Bu məqsədlə “Caspian Energy Holding”in 50 faiz payı satışa çıxarılır. İnvestisiya fürsətləri çərçivəsində 50 faiz payın satışı potensial tərəfdaşlara “Caspian Energy Holding” və onun tərkibindəki bütün layihələrin birbaşa ortağı olmaq imkanı yaradır. Bu, eyni zamanda, iştirakçılara öz məhsul və xidmətlərini qlobal arenada tanıtmaq, beynəlxalq əməkdaşlıqlarda strateji rol oynamaq imkanı verir. Paralel olaraq “Caspian Energy Holding”ə daxil olan şirkət və layihələr fərqli qruplara bölünərək 25 faizdən 75 faizə qədər paylarla satışa təqdim olunacaq.

Satışdan əldə ediləcək vəsait hesabına vahid rəqəmsal ekosistem yaradılacaq. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən artıq ölkəsindən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

Xatırlatmaq istərdik ki, Azərbaycan Milli Biznes Assosiasiyası və ona məxsus olan brendlər və layihələr “Caspian Energy Holding” tərəfindən yeddi il müddətində idarə olunacaq və bu müddətdən sonra müstəqil şəkildə fəaliyyət göstərəcək. Vahid rəqəmsal ekosistem vasitəsilə qlobal biznes əlaqələrinin qurulması, partnyor əməkdaşlıqlarının inkişaf etdirilməsi, xidmət və məhsulların beynəlxalq bazarlarda tanıdılması mümkün olacaq. Ekosistem B2B, B2G və B2C formatlarında fəaliyyət göstərəcək, eyni zamanda, yerli və qlobal bizneslərin dövlət qurumları ilə birbaşa əlaqələrin qurulmasına dəstək verəcək. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

“Caspian Energy Holding”, həmçinin investisiya agentliyi formatında fəaliyyət göstərəcək və dünyanın müxtəlif ölkələrindən olan investorları Azərbaycanda və Orta Dəhliz ölkələrində fəaliyyət göstərən istehsalçılarla və regionlarda yaradılan investisiya mühiti ilə tanış edəcək. Bundan əlavə, holdinq Orta Dəhliz ölkələrində istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxarılmasında aktiv rol oynayacaq.

“Caspian Energy Holding”in beş ildən sonra IPO-ya çıxarılması planlaşdırılır.

“Caspian Energy Holding”ə daxil olan şirkət və təşkilatlar haqqında qısa məlumat:

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, “meetup”lar və dəyirmi masalar təşkil edir.

1999-cu ildən fəaliyyət göstərən “Caspian Energy International Media Group” “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkədə əlavə olaraq çap olunur.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və ictimai rəy araşdırmaları aparan, transmilli, regional dövlət və iri özəl holdinqlər üçün konsaltinq xidmətləri göstərən investisiya-konsaltinq şirkətidir.

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” “Caspian Energy CUP” çərçivəsində müxtəlif ölkələrdə idman yarışları, intellektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

“Caspian Energy Jobs” – Xəzər, Qara Dəniz və Baltik regionunda fəaliyyət göstərən vahid işə qəbul platformasıdır. Platforma işəgötürənlərə uyğun mütəxəssisləri tapmaq, iş axtaranlara isə tez və rahat şəkildə bir neçə şirkətə müraciət etmək imkanı yaradır.

Layihə ilkin mərhələdə xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün yaradılıb ki, onlar təhsillərini davam etdirərək part-time və ya remote iş tapa bilsinlər. Hal-hazırda bu platforma “Caspian Energy Holding” tərəfindən yaradılmış ekosistemə inteqrasiya edilir və dünyanın 100 ölkəsində fəaliyyət göstərməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri