Icma.az
close
up
RU
Çatlamış dabanları müalicə edəcək 14 təbii üsul

Çatlamış dabanları müalicə edəcək 14 təbii üsul

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Çatlayan dabanlar üçün təbii müalicə üsulları:

Limon

Dabanınızdakı çatlar sizi narahat edirsə, ilıq suya bir az limon suyu və duz əlavə edin, ayaqlarınızı təxminən 15 dəqiqə  su soyuyana qədər saxlayın. Sonra dabanınızı pemza daşının köməyi ilə fırçalayın. Ondan sonra ayaqlarınızı təmiz su ilə yuyun, dəsmal ilə qurudun. Bu üsulu tətbiq edərkən diqqət edin ki, su çox isti olmasın. Çünki isti su dərinizin qurumasına və dabanlarınızın daha çox çatlamasına səbəb olur. Limonla bağlı başqa üsul isə onun suyunu sıxdıqdan sonra dabanların çatlaq hissəsini masaj etməkdir.

Alma sirkəsi

Bir qabı isti su ilə doldurun. Ona yarım stəkan alma sirkəsi əlavə edin. Ayaqlarınızı bu suda 15 dəqiqə saxlayın. Ayaqlarınızı sudan çıxardıqdan sonra pemza daşı ilə ovuşdurun, sonra yuyun, dəsmalla silin.

Soda (karbonat)

2 qaşıq soda ilə 3-4 damcı limon suyunu qarışdırın, ilıq su ilə yuyulmuş dabanlarınıza çəkin, 10 dəqiqə saxlayın. Sonra ayaqlarınızı yenidən yuyun, qurudun.

Bitki mənşəli daşıyıcı yağlar

Zeytun, kokos, küncüt və ya badam yağı kimi dəri üçün çox faydalı olan yağların ortaq xüsusiyyəti dərini təbii şəkildə nəmləndirmələridir. Daban çatlarından xilas olmaq üçün ayaqlarınızı ilıq suda bir müddət saxladıqdan sonra dabanınızı pomza daşı ilə ovuşdurun, yuyub təmizləyin və qurudun. Sonra seçdiyiniz bu yağlardan biri ilə ayaqlarınızın altını masaj edin, üstünə corab geyinin və beləcə yatın. Dabanlarınızdakı çatlar tamamilə yox olana qədər hər gecə bu üsulu təkrarlaya bilərsiniz.

Çay ağacının efir yağı

Ayaqlarınızı isti su ilə yuyun, qurudun, çay ağacının efir yağını dabanlarınıza sürtün, barmaqlarınızla masaj edin. Sonra corablarınızı geyinin və bir gecə belə qalsın.

Vazelin

Ayaqlarınızı ilıq suda saxladıqdan sonra dabanlarınızı pemza daşı ilə ovuşdurun, sonra çoxlu vazelin çəkin, corab geyinib yatın. İstəyirsinizsə, vazelini bir çay qaşığı limon suyu ilə də qarışdırıb ayaqlarınıza çəkə bilərsiniz.

Avokado

Yarım avokadonu bananla qarışdırıb əzin. Bu qarışığı çatlamış yerə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.

Nəmləndirici krem

Hər axşam ayaqları ilıq suda yuduqdan sonra altını pemza daşı ilə təmizləyin, sonra nəmləndirici krem ​​sürtün. Bu üsulu hər duşdan sonra tətbiq etmək daban çatlarının qarşısını alır. Kremi çəkdikdən sonra pambıq corab geyinib ayaqlarınızın altını isti saxlaya bilərsiniz.

Bal

Bir az bal əlavə etdiyiniz ilıq suda ayaqlarınızı təxminən 15 dəqiqə isladın, sonra yaxalın, qurudun və dabanlarınızı pemza daşı ilə fırçalayın.

Bal və zeytun yağı

1 çay qaşığı balı bir xörək qaşığı zeytun yağı ilə yaxşıca qarışdırın. Bu qarışığı dabanlarınıza sürtün və 20 dəqiqə saxlayın.

Yetişmiş banan

Yetişmiş bananı əzdikdən sonra dabanlarınıza sürtərək ovuşdurun. 5-10 dəqiqədən sonra ayaqlarınızı ilıq su ilə yuyun, daha 5-10 dəqiqə sonra bir az soyuq suda saxlayın.

Düyü unu

Düyü unu sayəsində ölü dərini dabanlarınızdan ataraq çatlamanın qarşısını ala bilərsiniz. Bununçün 1 ovuc düyü ununu bir neçə çay qaşığı bal və alma sirkəsi ilə məcun halına gələnə qədər qarışdırın. Ayaqlarınızı 10-15 dəqiqə ilıq suda saxlayıb qurudun, sonda hazırladığınız pasta ilə dabanlarınızı ovuşdurun.

Epsom duzu

Epsom duzunu bir vedrə ilıq suya tökün, ən azı 10 dəqiqə ayaqlarınızı bu suda saxlayın. Vaxt bitdikdən sonra yumşaldılmış dabanlarınızı pemza daşı ilə ovuşdurun. Sonra yenidən ayaqlarınızı 10 dəqiqə Epsom duzlu suda saxlayın. Qurutduqdan sonra dabanlarınıza nəmləndirici sürtün.

Qızılgül suyu və qliserin

Həm qliserini, həm də qızılgül suyunu bərabər miqdarda qarışdırın. Gecə yatmazdan əvvəl qarışığı dabanlarınıza sürtün, sonra corab geyinib yatın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri