Icma.az
close
up
RU
“CBC Sport” Avropa Liqasının oyunlarını niyə göstərə bilmədi? AÇIQLANDI

“CBC Sport” Avropa Liqasının oyunlarını niyə göstərə bilmədi? AÇIQLANDI

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“CBC Sport” telekanalı srağagün sosial şəbəkələrdə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının yayınlaya bilməməsi ilə bağlı bəyanat yaydı:

“Hörmətli izləyicilər, bu günə planlaşdırılan Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüşlərin canlı yayınlanması texniki səbəblərdən mümkün olmayacaq. "CBC Sport"dan asılı olmayan səbəblər, texniki məsələlər ilə bağlı ortaya çıxan problemin həlli üçün lazımi iş gedib. Lakin görülən bütün işlərə baxmayaraq, texniki problemləri həll etmək mümkün olmayıb. Bildiyiniz kimi, fəaliyyət göstərdiyimiz bu 9 il ərzində canlı yayınlamağı planlaşdırdığımız idman yarışlarının verilməsində ciddi problem olmayıb. Avrokubok görüşləri zamanı, ümumiyyətlə belə bir hadisə yaşanmayıb. Televiziyalarda texniki məsələlər səbəbindən bu cür halların - müəyyən yayınların baş tutmaması halları dünya praktikasında da zaman-zaman yaşanır. Bizdən asılı olmayan səbəblərə görə oyunların canlı yayını baş tutmadığı üçün sizdən üzr istəyirik”.


Problemlə bağlı daha ətraflı bilgi almaq üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasova müraciət etdik:

“Texniki problemdi, bizdən asılı olmayan səbəblər idi. “Bude/Qlimt” – “Latsio”, “Lion” – “Mançester Yunayted” oyunlarının yayınlanması nəzərdə tutulurdu. Onuncu ildi fəaliyyətdəyik, çox təəssüf ki, ilk dəfə belə şeylə üzləşdik. Bizə o siqnalı ötürən tərəfdaş şirkətimizin serverində problemi olub. Onlarla bu günə qədər belə problemimiz olmamışdı. İlk oyunun başlamasına 4 saat qalmış bizə xəbər verdilər. Vaxt az olsa da, çalışdıq ki, digər variantlardan istifadə edək. Dörd saat ərzində kənar şirkətlərin tapılması, yazışmalar, müqavilə imzalamaq kimi prosesləri sığışdırmağa çalışdıq, əlimizdən gələn hər şeyi etdik, çatdırmadıq. Rəsmi bəyanat yaymışıq, tamaşaçılardan artıq dərəcədə üzr istəyirik. İlk gündən çalşırıq ki, bizdə problem yaranmasın. Çox istərdik ki, bu problemi anlayışla qəbul etsinlər. İnanıram ki, bu problem “CBC Sport” tarixində ilk və sonuncu dəfə olacaq”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri