Cəlilabadda BƏDBƏXT HADİSƏ Anası 14 yaşlı oğlunun ölümənə səbəb oldu YENİLƏNİB
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Araşdırma zamanı məlum olub ki, M. Abdulhüseynlinin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb.
Lent.az xəbər verir ki, xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan hadisə ilə bağlı APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı əlavə şərh verilməyib.
***
20:37
Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.
İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.
Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Mart 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















