Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Cəlilabadda son üç ildə nə dəyişib?

Cəlilabadda son üç ildə nə dəyişib?

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan hökuməti tərəfindən regionların sosial-iqtisadi inkişafı üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir və bu istiqamətdə Dövlət Proqramı tərtib olunur. Proqrama uyğun olaraq bölgələrin sosial-iqtisadi inkişafı naminə müxtəlif layihələr icra edilir. Son illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində Cəlilabad rayonunda da bir sıra uğurlar əldə olunub. Cəlilabad kənd təsərrüfatı baxımından yüksək potensiala malik ərazidə yerləşir. Burada həm əkinçilik, həm də maldarlıq inkişaf edib və məhz bunun nəticəsidir ki, Azərbaycanın ixrac potensialında rayon istehsallı məhsullar böyük rol oynayır. Çünki Cəlilabad əkinçilik sahəsində xüsusi rola malikdir.

İqtisadiyyat.az rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində nələrə nail olunduğu barədə araşdırma aparıb.

Kənd təsərrüfatına qısa baxış

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, Azərbaycanın ən böyük aqrar rayonlarından biri olan Cəlilabadda son illər iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyi müşahidə edilir. Rəsmi statistik göstəricilərə əsasən, 2021-ci ildən sonra dövlətin fermerlərə, eləcə də kəndlilərə diqqət və qayğısı nəticəsində kənd təsərrüfatı bitkilərinin əkin sahələri artıb.

Misal olaraq, əkin sahələri dənli və dənli paxlalı bitkilər üzrə 2020-ci ildə 67 757,8 və 2021-ci ildə 69 130,3 hektar idisə, 2022-ci ildə bu rəqəm 71 974, 2023-cü ildə isə 75 624 hektara çatıb. Eləcə də həmin bitkilərin istehsalı üzrə məhsul həcmi 2020-ci ildə 179 293,7 və 2021-ci ildə 186 095,1 ton idisə, 2022-ci ildə bu rəqəm 193 589 və 2023-cü ildə isə 219 826,4 tona çatıb. Bu artım həm də məhsuldarlıq və mənfəətin çoxalması nəticəsində qeydə alınmaqdadır. Sonrakı illərdə isə kəndli və fermerlərin bu bitkilər üzrə əkinçiliyə maraqlarının artması nəticəsində qeyd olunan təsərrüfat sahəsi bir qədər də artmaqda davam edib.

Bundan başqa, 2015-2020-ci ildə kartof sahələri 3900-5320 hektar ərazini əhatə etmişdisə, 2023-cü ildə bu rəqəm 5500-ə çatdırılıb. Eyni zamanda kartof istehsalı 2021-ci ilədək maksimum 179 300 tona qədər çatmışdısa, cəmi bir il sonra bu, 190 min tonu ötmüşdü.

Məlumat üçün bildirək ki, təkcə 2023-cü ildə məhsul istehsalçıları tərəfindən 183478,4 ton buğda, 20664 ton arpa, 7840 ton vələmir, 6160,6 ton noxud, 216 ton mərci, 259,4 ton lərgə, 171500 ton kartof, 1375,2 ton tərəvəz, 83 ton qarğıdalı, 260 ton günəbaxan, 14010 ton çiyələk və 22923 ton üzüm istehsal olunub.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə əhalinin nominal gəlirlərində də ciddi artım müşahidə olunub. Belə ki, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə əhalinin nominal gəlirləri 2021-ci ilədək maksimum 335 milyon 320 min manata qədər arta bilmişdisə, bu rəqəm cəmi bir il sonra – 2022-ci ildə 415 milyon manatı, 2023-cü ildə isə 466 milyon manatı ötmüşdü. Bu rəqəm sonrakı illərdə də artmaqda davam edib.

Məlumat üçün bildirək ki, rayon rəhbərliyinin vətəndaş qəbullarından əlavə, kənd təsərrüfatı sahələrini ziyarət etməsi, kəndli və fermerlərlə birlikdə məhsuldarlıq səviyyəsi ilə yerində tanış olması, bu sektorda mövcud problemlərin və çatışmazlıqların aradan qaldırılması istiqamətində müzakirələr aparması sahibkarlıq və əkinçilik fəaliyyəti ilə məşğul olanlar üçün motivasiya rolunu oynayıb. Belə ki, mütəmadi olaraq kənd təsərrüfatı sahələrində keçirilən bu görüşlər zamanı kəndli və fermerlər kənd təsərrüfatının inkişafına maneə ola biləcək məsələlərlə bağlı rayon rəhbərliyini məlumatlandırma imkanları əldə edirlər. Regionların sosial-iqtisadi inkişafı baxımından rəhbər şəxslərin kəndli, fermer və sahibkarlarla bu kimi görüşləri və müzakirələri artıq ənənə halını alaraq digər rayonlarında da davam etdirilir. Bu müzakirələr ölkə ictimaiyyətində də maraqla qarşılanır.

Cəlilabadda son illər yeni iş yerlərinin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci ildə rayonda cəmi 21 yeni iş yeri açılıb, amma cəmi bir il sonra – 2022-ci ildə yeni iş yerlərinin sayı 60-a çatıb, 2023-cü ildə isə 100-ü ötüb.

Yol infrastrukturu

Son illər Cəlilabad rayonunda yol infrastrukturu istiqamətində bir sıra işlər icra edilib. Əvvəlki illərdə baxımsız və təmirsiz qalan həm şəhərdaxili, həm də ayrı-ayrı yaşayış məntəqələri üzrə yolların asfaltlanması və bərpası üzrə müvafiq tədbirlər həyata keçirilib. Yaşayış binalarının həyətlərində abadlıq və təmir işləri icra olunub. Yolların təmiri və abadlıq işləri ilə bağlı mütəmadi olaraq “Dövlət satınalmaları” haqqında qanuna uyğun olaraq tenderlər elan edilib və tenderlərin nəticəsinə əsasən, qalib şirkətlərlə müqavilə bağlanılaraq nəzərdə tutulan işlər reallaşdırılıb. Bu istiqamətdə Göytəpə şəhəri üzrə də həm yolların təmiri və asfaltlanması, həm də abadlıq işləri aparılıb. Cəlilabad şəhərinin küçələrinin işıqlandırılması ilə bağlı zəruri tədbirlər davam etdirilib. Beləliklə, həm sürücülərin, həm də piyadaların təhlükəsiz hərəkətinin təmin eedilməsi məqsədilə yollarda, küçələrdə və səkilərdə yenidənqurma işləri mütəmadi olaraq davam etdirilir. Son illərə nəzər yetirdikdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər çərçivəsində küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.

Təkcə 2023-cü ildə Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli kəndarası avtomobil yollarının tikintisi başa çatdırılıb. Çünzəli kəndində 1,4 kilometr yola asfalt döşənib. 2024-cü ildə isə Cəlilabad və Göytəpə şəhərlərində ümumi uzunluğu 8544 metr olan şəhərdaxili küçələrə asfalt örtüyü vurulub.

Yaşayış məntəqələrinin qazlaşdırılması

2022-ci ildən rayonda yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətinə tədbirlər istensivləşib. Həmin il rayonda 39527 evdən 33886 ev (85,73%-i) qazlaşdırılıb, digərlərinin də qazlaşdırılması davam etdirilib. 2023-cü ildə Cəlilabad və Göytəpə şəhərlərində, rayonun kəndlərində 1007 ev qazlaşdırılıb. 2024-cü ildə isə rayonda ümumilikdə 5474 ədəd sayğac yenisi ilə əvəz edilib, 311 ədəd yeni abonentlər üçün sayğac quraşdırılıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri