Cəmi 50 insanda aşkar edilib Adı Guinness in kitabına düşdü FOTO
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanın Madxya Pradeş əyalətində yaşayan 18 yaşlı Lalit Patidar dünyanın ən tüklü üzü olan kişi unvanını qazanaraq adı “Guinness”in dünya rekordları siyahısına daxil edilib.
Sfera.az xəbər verir ki, Patidar, altı yaşında olarkən, bədənin müxtəlif hissələrində 5 santimetrə qədər uzanan anormal tüklərin meydana gəlməsinə səbəb olan nadir bir xəstəliyə tutulduğunu öyrənib.
Bu xəstəlik, Orta Əsrlərdən bu yana yalnız 50 insanda aşkar edilib və milyardda bir ehtimalla rast gəlinən anormallıq kimi tanınır.
Lalit Patidar, “Guinness”in rekordunu rəsmi olaraq təsdiqləmək üçün İtaliyanın Milan şəhərində bir televiziya proqramına qatılıb. Aparılan ölçmələrə əsasən, Patidarın üzündə və bədənində hər santimetrlik sahədə 202 tük olduğu və üzünün 95%-ini tüklərin örtdüyü məlum olub.
Bəsti Rəfizadə
Baxış sayı:120
Bu xəbər 11 Mart 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















