Icma.az
close
up
RU
Cəmiyyətin peşə təhsilinə münasibəti necədir?

Cəmiyyətin peşə təhsilinə münasibəti necədir?

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Peşə təhsili əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif təhsil proqramları üzrə tədris prosesini təşkil edən və mütəxəssis hazırlığı funksiyasını həyata keçirən mexanizmdir. XXI əsrin çağırış və trendlərinə uyğun olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi, peşə təhsili və iş dünyası arasında əlaqələrin qurulması müstəsna rol oynayır. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən, işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıdakı əsas vəzifələrdən biridir.
Newscenter.az-ın xəbərinə görə, Sosial Tədqiqatlar Mərkəzi peşə təhsilinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri kimi müəyyən olunmasını nəzərə alaraq, “Azərbaycanda mövcud peşə təhsil sistemi və onun əmək bazarının tələblərinə uyğunluğu” mövzusunda sosioloji tədqiqat həyata keçirib. Tədqiqatın əsas məqsədi Azərbaycanda peşə təhsil sisteminin cari vəziyyəti, gələcək inkişaf mexanizmləri və onun əmək bazarının tələblərinə uyğunluğunun tədqiqi, bu istiqamətdə yaranan problem və perspektivləri araşdırmaqla zəruri təklif və tövsiyələri təqdim etməkdir.
Tədqiqat kəmiyyət keyfiyyət metodologiyası əsasında aparılıb. Respondentlərin gender bölgüsü, yaş və təhsil göstəriciləri rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib. Sorğularda 18-29 yaş aralığında olan 3 yaş qrupu (16-19. 20-24. 25-29) üzrə ümumilikdə 1200 respondent iştirak edib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2024-cü ilin 08-28 noyabr tarixlərində icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunub. Sorğu ölkənin 12 iqtisadi rayonunda aparılıb. Sorğular 8 respublika tabeli şəhər, 36 rayon olmaqla ümumilikdə 44 rayon və şəhərdə keçirilib.
Eyni zamanda tanınmış təhsil ekspertləri və peşə təhsili üzrə mütəxəssislərlə müsahibələr aparılıb. Keyfiyyət sorğusunda iştirak edən ekspertlər peşə təhsilinin cari durumu və onun əmək bazarına təsir mexanizmi barəsində rəylərini bölüşüb, bu istiqamətdəki problem və perspektivləri şərh ediblər.
Tədqiqat çərçivəsində respondentlərə yaşadıqları ərazidə onlar üçün əlçatan olan peşə təhsili müəssisəsinin mövcud olub-olmadığı barədə sual ünvanlanıb. Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 46.3%-i yaşadıqları ərazidə onlar üçün əlçatan peşə təhsili müəssisəsinin olduğunu, 46.2%-i mövcud olmadığını bildirib. 7.5%-i bu barədə rəy bildirməyib.
Tədqiqatın nəticələrinə əsasən, ümumilikdə sorğu iştirakçılarının 25.0%-i peşə təhsilinin çox əhəmiyyətli olduğunu, 65.8%-i əsasən əhəmiyyətli olduğunu bildirib. Respondentlərin ümumilikdə 8.3%-i peşə təhsilini əhəmiyyətsiz hesab edib, 1.0%-i rəy bildirməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının 62.1%-i ölkə üzrə bütün rayon və şəhərlərdə peşə təhsil müəssisələrinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu bildirib. 34.5% respondentin fikrincə, bu müəssisələrin rayonlarda fəaliyyətinə daha çox ehtiyac var. Peşə təhsili müəssisələrinin yalnız böyük şəhərlərdə (1.7%) və paytaxtda (1.5%) olmasını üstün tutanlar ümumi iştirakçılar arasında cüzi göstəriciyə malik olub.
Respondentlərin 70.5%-i peşə təhsilinin iş tapmağı əlçatan etdiyini, 26.1% əlçatan etmədiyini bildirib. Onların 3.4%-i rəy bildirməkdə çətinlik çəkib.
Bununla belə, respondentlərin 40.8%-i peşə təhsilinin ali təhsillə müqayisədə daha çox iş imkanları yaratdığını, 55.4%-i yaratmadığını bildirib. 3.8%-i bu barədə rəy bildirməyib.
Peşə təhsili müəssisələrində tədrisin keyfiyyətini sorğu iştirakçılarının 15.6%-i yüksək, 51.1%-i orta səviyyədə və 13.0%-i aşağı olaraq xarakterizə edib. Respondentlərin 20.3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Sorğu iştirakçıları arasında işsiz olduğunu bildirənlərin cəmi 15.7%-i yeni peşəyə yiyələnmək məqsədilə peşə təhsil müəssisələrinə müraciət edib. Onların 84.3%-i müraciət etmədiyini bildirib.
Sorğu iştirakçılarının 91.2%-i ətrafında olan hər hansı bir gənci peşə təhsili almağa təşviq etməyin zəruri olduğunu bildirib. Onların 7.9%-i təşviq etməyə ehtiyac görmədiyini qeyd edib. Ümumi nəticələr peşə təhsilinin əhəmiyyətini və gənclərin bu sahədə təşviq edilməsinin vacibliyini üzə çıxarıb.
Sorğuda iştirak edənlərin 11.8%-i gənclərin peşə təhsilinə yönəlməsi istiqamətində aparılan təbliğat və təşviqat işlərini yüksək, 57.5%-i orta səviyyədə, 25.3%-i isə aşağı səviyyədə qiymətləndirib. 5.5%-i bu barədə rəy bildirməyib.
Sorğu iştirakçılarının əksəriyyəti - 93.8%-i orta məktəbdə zəif oxuyan şagirdlərin peşə təhsil müəssisələrinə cəlb edilməsinin vacib olduğunu qeyd edib. Sorğu iştirakçılarının cəmi 5.6%-i isə buna ehtiyac olmadığı qənaətini bölüşüb, 0.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Respondentlərin 42.4%-nin fikrincə, peşə təhsilinə yiyələnmək üçün ən yaxşı mərhələ natamam orta təhsili - 9-cu sinfi bitirdikdən sonrakı dövrdür. 36.3%-in fikrincə isə tam orta təhsili -11-ci sinfi bitirdikdən sonra peşə təhsilinə yönəlmək daha doğrudur.
Vətəndaşların ali məktəbi bitirib uyğun iş tapmadıqdan sonra peşəyə yönəlməsinin daha məqsədəuyğun hesab edənlər 14.0% təşkil edib. Bunu hərbi xidmətdən qayıtdıqdan sonra uyğun hesab edənlər isə 5.7%-ə bərabər olub.
Tədqiqat zamanı peşə təhsilinin gender aspektindən əhəmiyyətlilik dərəcəsi də öyrənilib. Respondentlərin böyük əksəriyyəti peşə təhsilinin səmərəlilik göstəricisinin gender faktorundan asılı olmadığı qənaətini bölüşüb. Respondentlərin 79.3%-i peşə təhsilinin həm oğlanlar, həm də qızlar üçün eyni dərəcədə vacib olduğunu bildirib. Sorğu iştirakçılarının 12.4%-i peşə təhsilinin məhz oğlanlar, 8.3%-isə məhz qızlar üçün daha vacib olduğunu ifadə edib.
Sorğu prosesində peşə təhsili sahəsindəki əsas problemlərlə bağlı da fərqli mülahizələr irəli sürülüb. Respondentlərin 47.2%-i peşə təhsilinə marağın azlığını bu sahədəki əsas problem kimi dəyərləndirib. Onların 38.3%-i peşə təhsilinin əsas problemi kimi texniki imkanlarının zəifliyini qeyd edib. Həmçinin respondentlərin 27.9%-i tədrisin keyfiyyətinin aşağı olmasını, 26.3%-i peşə məktəblərinin mövcud şəraitini əsas problem kimi xarakterizə edib.
Tədqiqat çərçivəsində gənclərin peşə təhsilinə yönəlməsinə mane olan amillər də təhlil edilib. Sorğu iştirakçılarının 48.1%-nin fikrincə, peşə təhsilinin keyfiyyətinə olan inamsızlıq bu sahədə ən böyük maneədir. Növbəti sırada insanların mütləq mənada universitet məzunu olmaq, ali təhsil almaq istəyi qərarlaşır (46.5%). Sorğu iştirakçılarının 41.9%-i mane olan amilləri peşə təhsilinə mənfi münasibətin olması, 36.2%-i peşə təhsil müəssisələrində verilən diplomun əmək bazarında keçərli olmaması mövqeyi ilə izah edib. Həmçinin respondentlərin 23.2%-i bu vəziyyəti peşə təhsil müəssisələrində kadrların, 21.5%-i dərslik və texniki avadanlıqların çatışmazlığı ilə əsaslandırıb.
Tədris müəssisələrində tələbələrə verilən təqaüdlərin azlığını əsas problem kimi qeyd edənlər - 25.3%, məzun olduqdan sonra təyinat prinsipinin olmamasını qeyd edənlər 24.5%, müəllim və təlimçi kadrların çatışmazlığını ifadə edənlər 20.9%, təhsil haqqının yüksək olduğunu bildirənlər 17.8% təşkil edib.
Peşə təhsil müəssisələrinə qəbul şərtlərinə münasibətdə, respondentlərin 64.1%-i bu şərtlərin sadələşdirilməsini, 13.9%-i qəbul şərtlərinin tam dəyişdirilməsini və 18.4%-i qəbul şərtlərinin olduğu kimi qalmasını dəstəkləyib. Respondentlərin 40.8%-i hesab edir ki, qəbul zamanı attestat qiymətləri nəzərə alınmamalı və 35.9%-nə görə, peşə təhsilinə ödənişli əsaslarla qəbul olmamalıdır.
Tədqiqat çərçivəsində gənclərin konkret bir sahə üzrə ixtisaslaşmış əlavə peşə təhsili müəssisələrinin açılmasına ehtiyac olub-olmadığı barədə rəyləri öyrənilib. Onların 75.9%-i buna ehtiyac olduğunu, 21.7%-i ehtiyac olmadığını ifadə edib. 2.4%-i bu barədə rəy bildirməyib.
İxtisaslaşmış əlavə peşə təhsili müəssisələrinin açılmasına ehtiyac olduğunu bildirən gənclərin rəyində ilk sırada tibb profili üzrə ixtisaslaşmış peşə təhsil müəssisələrinin yaradılması qərarlaşıb. Respondentlərin 53.3%-ü bu mövqedən çıxış edib. Onların 48.2%-i daha çox İKT üzrə, 46.2%-i dizayn işi üzrə, 31.6%-i kənd təsərrüfatı, 29.8%-i qida sənayesi və 23.9%-i zərgərlik, oyma və digər yaradıcı sənətkarlıq ixtisasları, 14.3%-i mehmanxana və turizm sahəsi üzrə peşə təhsili müəssisələrinin açılmasına ehtiyac olduğu mövqeyini bölüşüb.
Tədqiqat çərçivəsində toxunulan məsələlərdən biri də fiziki məhdudiyyətli şəxslərə, həmçinin yaşlı insanlara (qocalar evlərində qalanlara) xidmət xarakterli peşələrin peşə təhsil müəssisələrində tədrisidir. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti - 82.9%-i bu kimi peşələrin tədrisinə ehtiyacın olduğunu vurğulayıb. 15.8%-i isə əksinə, bu tipli peşələrin tədrisinə ehtiyacın olmadığını bildirib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see261

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see253

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see245

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see244

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see235

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see229

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see228

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see225

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see216

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see216

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see214

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see205

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see199

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see192

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see179

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see171

Şotlandiya Braziliya matçı ləngiyə bilər

24 İyun 2026 21:27see160

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see160

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see159

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri