Icma.az
close
up
RU
Cəmiyyətin keşiyində Polis sadəcə bir peşə deyil...

Cəmiyyətin keşiyində Polis sadəcə bir peşə deyil...

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanlar gecə işıqlarını söndürəndə, küçələr səssizliyə qərq olanda polis əməkdaşı gecə-gündüz bilmədən xidməti vəzifəsini yerinə yetirir. Hər kəsin təhlükəsizliyi, rahatlığı üçün onlara olan sarsılmaz inamımızı ən böyük mükafat hesab edərək bizim keşiyimizdə dururlar. Əgər bir dövlətin sərhədlərini əsgər qoruyursa, daxilini də polis qoruyur. Öz həyatlarını, illərini bu peşəyə, “Polis” dediyimiz şərəfli bir ada həsr edən şəxslər ən yüksək mükafata və təqdirə layiqdirlər. Azərbaycan polisi peşəsinin çətinliyi qədər keşməkeşli tarixi inkişaf yolu keçib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin daxili təhlükəsizliyinin, qayda-qanunlarının, dövlət hakimiyyətinin qorunması və silahlı dəstələrə, cinayətkarlığa qarşı mübarizə üçün 2 iyul tarixində Daxili İşlər Nazirliyinin ilk milli polis orqanları yaradıldı. İlk Daxili İşlər Nazirləri Fətəli Xan Xoyski və Behbudxan Cavanşir oldu. Cümhuriyyət dövründə polislər həm də dövlətçilik ənənələrinin,  demokratik dəyərlərin müdafiəçisinə çevrildilər.

1920-ci ildə Sovet Rusiyası Azərbaycanı öz tərkibinə qatdıqdan sonra milli polis sistemimiz SSRİ Daxili İşlər Xalq Komissarlığının (sonradan isə DİN) tabeliyinə keçdi. Bu dövrdə “polis” sözü “milis” sözü ilə əvəz edildi. SSRİ dövründə Azərbaycan milisi ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə funksiyalarını uğurla yerinə yetirdi. Cəsarətli polislərimiz birinci Qarabağ müharibəsində də öz hünərlərini, dövlətə olan sədaqətlərini bir daha sübut etdilər.

Nəhayət ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər bir sahədə olduğu kimi daxili işlər orqanlarında da geniş islahatlara başlanıldı. 1992-ci il 2 iyul tarixində verilən fərman ilə SSRİ dövründə adı dəyişdirilmiş milislər yenidən “polis” adlandırılmağa başlandı. “Polis Azərbaycan dövlətinin, xalqının keşiyində duran mübariz bir orqandır" - söyləyən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə polislərə çox yüksək qiymət verildi və onlara dövlət qayğısı göstərildi. 1999-cu ildə “Polis haqqında” qanun qəbul edildi. Qanunda insan və vətəndaş hüquqlarının qorunması, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının qorunması kimi məsələlərə toxunuldu. Qanunçuluq, insan hüquqlarına hörmət, humanizm, sosial ədalət, dövlət və xalqa xidmət, polisin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi prinsipləri irəli sürüldü.

Bu ənənəni prezident İlham Əliyev də davam etdirir. İlham Əliyev qeyd edib ki, polis vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli rol oynayır və Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan polisinin inkişafı daim diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən islahatlar nəticəsində daxili işlər orqanlarının maddi-texniki imkanları genişləndirilib, müasir xidmət infrastrukturu formalaşıb, polis əməkdaşlarının sosial rifahı və xidmət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.  Əməkhaqlarının artırılması, mənzil-məişət problemlərinin həlli, əməkdaşlara göstərilən dövlət qayğısı polisə verilən yüksək dəyərin bariz nümunəsidir. Bütün bunlar hüquq-mühafizə orqanlarının daha da güclənməsinə, peşəkarlığın yüksəlməsinə və qanunçuluğun etibarlı, sədaqətli təminatına xidmət edir.

44 günlük Vətən müharibəsi Azərbaycan polisinin və Daxili İşlər Nazirliyinin tarixində xüsusi yer tutur. Müharibənin ilk günlərindən etibarən DİN-in Daxili Qoşunlarının şəxsi heyəti Azərbaycan Ordusu ilə vahid komandanlıq altında döyüşlərə qoşularaq əməliyyatlarda igidlik və peşəkarlıq nümayiş etdirmişdi. Bu şərəfli yolda DİN-in daxili qoşunlarının  66 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmış, 346 nəfər yaralanmış, 4 nəfər isə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür. Polis əməkdaşları arxa cəbhədə də dövlətin sabitliyinin və ictimai təhlükəsizliyinin keşiyində dayanmışdılar. Onlar hərbi vəziyyət və komendant saatı qaydalarının icrasını təmin etdi, strateji əhəmiyyətli obyektlərin mühafizəsində durmuş, mümkün təxribatların qarşısını alaraq cəmiyyətdə asayişi qorumuşlar. Qələbədən sonra  DİN azad edilmiş ərazilərə daxil olan ilk dövlət orqanlarından biri olmuşdur.

Bugün peşəkar, təcrübəli polislərin yetişməsində çox mühüm əhəmiyyət kəsb edən Polis Akademiyasının tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Lakin Heydər Əliyev və İlham Əliyevin hakimiyyəti dövründə bu ali təhsil ocağının vəziyyəti daha da yaxşılaşdırılmış və təkmilləşdirilmişdir. Bu gün Polis Akademiyası müasir maddi-texniki bazası, peşəkar müəllim heyəti və zəngin ənənələri ilə Azərbaycan dövlətçiliyinin, təhlükəsizliyinin etibarlı dayaqlarından biridir. Akademiyada cinayət hüququ, kriminalistika, konstitusiya hüququ, əməliyyat-axtarış fəaliyyəti, kriminal texnika, informasiya təhlükəsizliyi, psixologiya və xarici dillər kimi fənlər tədris olunur. Hər bir fənn gələcəyin polis əməkdaşına yalnız elmi bilik deyil, həm də hadisələri düzgün qiymətləndirmək, analiz etmək, insan taleyinə həssas yanaşmaq və qanunun aliliyini qorumağı aşılayır. Kursantlar həm də əlavə olaraq fiziki hazırlıq, peşə etikasını da öyrənirlər. Akademiyanın məzunları ölkənin müxtəlif bölgələrində qanunun keşiyində dayanaraq cəmiyyətin təhlükəsizliyinə və asayişinə xidmət edirlər.

Müasir polis peşəkar, cəsarətli olmalı, qanunlara əsaslanmalı və müasir texnologiyalardan istifadə etməyi bacarmalı, ən əsası vətəndaşların məmnunluğunu təmin etməlidir. Polis fəaliyyəti bu gün sadəcə peşə deyil, cəmiyyətin təhlükəsizliyinin və sabitliyinin ayrılmaz hissəsidir.  Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olan 2 iyul  məhz qanun keşikçiləri olan polislərə həsr edilib. Polislər sağlam gələcəyin təminatçıları və qurucularıdır.

 Nəcəf Nəcəfov - BSU jurnalistika fakültəsinin tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 İyul 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri