Icma.az
close
up
RU
Cəmiyyətlə hələ işləmək lazımdır: Donor olmaqla bağlı ictimai rəy birmənalı deyil

Cəmiyyətlə hələ işləmək lazımdır: Donor olmaqla bağlı ictimai rəy birmənalı deyil

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda son iki ildə 100-ə yaxın şəxs könüllü donor olmaq üçün müraciət edib. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova keçirdiyi mətbuat konfransında iki illik statistikanın çox aşağı olduğunu deyib. Onun sözlərinə görə, bu sahədə aparılan təbliğat işlərinə baxmayaraq, son iki ildə cəmi 100-ə yaxın şəxs könüllü donor olmaq üçün müraciət edib. 

Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində orqan donorluğu və transplantasiyası sahəsində ilkə imza atılıb. Meyit donorun orqanları transplantasiya edilib. Bu, Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır. Ekspertlər isə hesab edir ki, cəmiyyətdə ekspertiza haqqında mənfi rəy formalaşıb. "Filankəsi kəsib, doğradılar", "yardılar" kimi şüur altına yeriyən və dəhşətli sayılan ifadələr donor olmaq istəyən insanları qorxudur.


Sosioloq Üzeyir Şəfiyevin “Sherg.az”a açıqlamasına görə, məsələ ilə bağlı ictimai rəy birmənalı deyil. Mübahisəli məsələlərin olduğunu vurğulayan sosioloq bildirib ki, orqan transplantasiyasına həsr olunan tədbirlərin keçirilməsi bu sahədə insanların maariflənməsi baxımından olduqca əhəmiyyətlidir: 


“Transplantasiyanın inkişafında bu kimi tədbirlərin keçirilməsinin böyük rolu var. İnsanlarda orqan donorluğu ilə bağlı müsbət fikir formalaşmalıdır. Cəmiyyəti buna təşviq etmək, orqanların bağışlanmasının humanist, xeyirxah, insanlıq üçün faydalı olduğunu izah etmək, müsbət nümunələri misal çəkməklə insanları inandırmaq lazımdır. İzah olunmalıdır ki, əslində, bu addım humanist bir addımdır və insanların paylaşmaq, dəstək durmaq, yardım etmək ənənəsindən qaynaqlanır. Azərbaycan cəmiyyəti üçün paylaşmaq, dəstək vermək ənənəvi bir haldır. Ancaq orqan transplantasiyası ilə bağlı məsələ Azərbaycan kimi ənənəvi cəmiyyətlər üçün yeni hadisədir. Burada cəmiyyəti bir çox məsələlər düşündürür. Vəfat etmiş şəxsin doğmaları meyitin tibbi müayinəsinə, ölümün nədən baş verdiyinin araşdırılması üçün cəsədin müayinə edilməsinə heç razılıq vermirlər”.


Sosioloq hesab edir ki, narahatlıq doğuran məsələlərdən biri də donorun beyin ölümü və yaxud da ki, hansısa bir bioloji ölümünü təsdiqləmək ilə bağlı qərar nə dərəcədə obyektiv qərar ola biləcəyidir: 

"Yəni burada bürokratik və yaxud da ki, saxta yanaşma olduğunu düşünürlər. Azərbaycanda da artıq kifayət qədər resipientlər var ki, onlar öz donorlarını gözləyir. Bu, təqribən iki minə yaxın bir rəqəmi əhatə edir. Ancaq donorun da hüquqları qorunmalıdır. Bu istiqamətdə insanlar inam və etibar mühiti haqqında düşünür. Yəni həkimlərin verdiyi qərara nə qədər etibar etmək olar məsələsi aydınlaşdırılmalıdır. Düzdür, bunu təftiş etmək üçün qanunvericilikdə nəzərdə tutulan məqamlar var. Ancaq qeyd etməliyəm ki, sözügedən proseslə bağlı cəmiyyətlə hələ işləmək lazımdır. Yəni cəmiyyətdə bu istiqamətdə maarifləndirmə tədbirləri artırılmalıdır ki, insanlarımız bunu anlaqlı şəkildə başa düşsün. Eyni zamanda donorla bağlı qərar verən komissiyanın maksimum şəffaflığına, obyektivliyinədə nail olmaq lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 02:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri