Çempion “dördlük”dən olmayacaq
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Maklaren”in sürücüsü, britaniyalı pilot Lando Norris yeni Formula 1 mövsümü ilə bağlı proqnoz bildirib. SİA xəbər verir ki, "Racingnews365" Norrisin sözlərini sitat gətirib:
“Bu il ən rəqabətli illərdən biri olacaqmı? Düşünürəm ki, Formula 1-də hamı bunu gözləyir. Qaydalar dəyişmir, amma dəyişdikdə hər il bütün komandalar daha da yaxınlaşır. Həmişə belə olub.
Keçən ilin sonunda hər şey artıq yaxın idi, insanlar orta qrupa diqqət yetirməyə başladılar və bu, şəbəkənin əsas hissəsini təşkil edir. Qalan altı komanda nəzərəçarpacaq dərəcədə yaxınlaşır.
Fikrimcə, bu mövsüm qalib, ilk dördlükdən kənarda qalan komandalardan biri r olacaq. Yəni “Maklaren”, “Ferrari”, “Mercedes” və ya “Red Bull” çempion olmayacaq. Bu, Formula 1 və azarkeşlər üçün yaxşıdır”.
Baxış sayı:69
Bu xəbər 20 Fevral 2025 05:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















