Icma.az
close
up
RU
Feyk dördlük ifşa edildi RƏY

Feyk dördlük ifşa edildi RƏY

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Prezident Rusiya telekanalına müsahibəsində bir çox məsələdə açıq fikrini ortaya qoydu”.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezident ABŞ-nin və Qərbin bir sıra tanınmış media orqanlarının Azərbaycana qarşı çirkin kampaniyalar apardığını bildirdi və həmin mətbuat orqanlarının adını da açıqladı: “Həmin media orqanları Azərbaycanda gedən proseslərə obyektiv qiymət vermək və Azərbaycana olan təşəbbüslərini ciddi analiz etmək əvəzinə, ölkəmiz haqqında şər, böhtan informasiyalar yaymağa başlayıblar.  Bu isə nə jurnalistika etikasına, nə də demokratik düşüncə tərzinə uyğundur. Bu Qərb mətbuatının bizim görmədiyimiz tərəfini nümayiş etdirir”.

A.Mirzəzadə deyir ki, bu, hansısa ölkəni cəzalandırmaq üçün müəyyən siyasi dairələrdən alınan tapşırığı nə olur-olsun yerinə yetirmək cəhdidir. Onlar düşünürlərsə ki, bu cür yazılarla Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna təsir göstərəcəklər, mənsub olduqları ölkənin ictimaiyyətinə Azərbaycanla bağlı səhv təsəvvür yaradacaqlar, onlar yanılırlar: 

“Azərbaycan müstəqil daxili, xarici siyasəti ilə dünya birliyində yüksək nüfuza malikdir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi diplomatik paytaxta çevirilib. Keçirilən COP29 tədbiri Azərbaycanın nəyə qadir olduğunu bir daha göstərdi. Bu çirkin siyasətə baxmayaraq, Azərbaycan müstəqil dövlət imicinihundan sonra da qoruyub saxlayacaq”.

Millət vəkili Hikmət Babaoğlu isə saytımıza açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin bəzi media orqanları barəsində “feyk xəbərlər qrupu” ifadəsini işlətməsi gerçəkliyin təspiti və ifadəsidir: “Nəzərə almaq lazımdır ki, İlham Əliyev bu sözləri deyərkən, həm də ABŞ Prezidenti Donald Trampa istinad etdi. Tramp da sadalanan media orqanlarını “feyk dördlük” adlandırmışdır. Ona görə də yaxşı olar ki, “feyk” media nümunələri həm daxildən, həm də xaricdən bu şəkildə qiymətləndirilməsi ilə bağlı özlərini təftiş etsinlər”.

Millət vəkili deyir ki, bu ifadələr işlədilirsə, deməli burda bir həqiqət var. Həqiqət isə bundan ibarətdir ki, “feyk dördlük”öz ölkələrində pozulan insan hüquqları barədə heçnə yazmırlar, keçirilən seçkilərdə obyektivli və ABŞ xalqının mövqeyini nəzərə almırlar: “Bu gün də heçnə dəyişməyib. Bu media orqanları daim cəmiyyəti manipulyasiya edərək siyasi ambisiya ortaya qoyur. Beləliklə, media funksiyasından uzaqlaşaraq siyasi subyektə çevrilirlər. Bu media orqanlarənın heç biri Qərbi Azərbaycan qovulmuş 300 min insanın hüquqlarından danışmayıb, 30 illik işğal dövründə Azərbaycanın haqq səsindən yazmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri