“Barselona”nın iki futbolçusu xüsusi mükafata layiq görüldü
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Barselona”nın müdafiəçisi Pau Kubarsi və qadın komandasının qapıçısı Kata Koll 2025/2026 mövsümünün “Premi Barça Jugadors” mükafatlarını alıblar.
İdman.Biz xəbər verir ki, mükafatlar “Barselona”nın keçmiş futbolçularını birləşdirən təşkilat tərəfindən təqdim olunub.
Mükafatlandırma zamanı futbolçuların yalnız meydandakı çıxışları deyil, həm də kluba bağlılıqları, komanda ruhu, rəqiblərə hörmət, əzmkarlıq və ədalətli oyun prinsiplərinə sadiqlikləri nəzərə alınıb.
Mərasimdə çıxış edən təşkilatın prezidenti Xuan Manuel Asensi hər iki futbolçunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb.
“Oyunçular yeni nəsil futbolçular, eləcə də cəmiyyətimizdəki uşaqlar və gənclər üçün örnəkdirlər”, - deyə təşkilat rəhbəri bildirib.
Qeyd edək ki, hər iki futbolçu bu mükafata karyerasında ilk dəfə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 Noyabr 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















