Çempionlar Liqasında indiyədək ən çox xal qazanan komandalar açıqlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasında hazırkı formatın tətbiq edildiyi 1992-1993-cü illər mövsümündən indiyədək ən çox xal qazanan klubların reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “transfermarkt” portalının tərtib etdiyi siyahıya İspaniyanın “Real Madrid” komandası başçılıq edir. “Kral klubu”nun aktivində 655 xal var.
İkinci pillədə 602 xalla Almaniya “Bavariya”sı qərarlaşıb. İlk “üçlüy”ü İspaniyanın digər təmsilçisi “Barselona” tamamlayır – 597 xal.
Növbəti pillələrdə, müvafiq olaraq, İngiltərənin “Mançester Yunayted” (445), İtaliyanın “Yuventus” (399), İngiltərənin “Çelsi” (356) və Portuqaliyanın “Portu” (353) klubları yer alırlar.
İtaliya “Milan”ı (340) 8-ci, İngiltərənin “Arsenal” (327) və “Liverpul” (298) komandaları isə 9-10-cu yerləri tuturlar.
Qeyd edək ki, reytinq cədvəli təsnifat mərhələləri də daxil olmaqla bütün oyunlar nəzərə alınaraq hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Fevral 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















