Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Cənab Prezident Qlobal Media Forumu ilə Azərbaycanın “yol xəritəsi”ni təqdim etdi

Cənab Prezident Qlobal Media Forumu ilə Azərbaycanın “yol xəritəsi”ni təqdim etdi

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərimizdən sonra işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi mədəniyyət ocağımız sayılan Şuşa da yenidən qurulur, dirçəlir, təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzinə çevrilir. Ötən 5 ildən artıq müddətdə Şuşa təkcə mədəniyyət deyil, eyni zamanda mühüm beynəlxalq məsələlərin müzakirə edildiyi siyasi mərkəz kimi də tanınıb, yaddaşlara həkk olunub. Beynəlxalq əhəmiyyətli mədəniyyət, din, iqtisadi və digər istiqamətlərdə tədbirlərə evsahibliyi edən Şuşa, eyni zamanda dost və qardaş ölkələrin rəhbərlərini də yüksək səviyyədə qarşılayıb. Bu günlər yenə Şuşa beynəlxalq diqqət mərkəzindədir. Dünyanın 50-dən artıq ölkəsindən 160-a yaxın iştirakçı ilə Şuşada sayca dördüncü Qlobal Media Forumu keçirilir. Artıq ənənə halını alan bu forum media kontekstindən bir qədər də kənara çıxaraq qlobal miqyasda baş verən prosesləri müzakirə edən beynəlxalq platformaya çevrilib. Forumun ilk günündə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sual-cavab formatında səsləndirdiyi fikirlər dedikıərimizi bir daha təsdiq edir.
Əlbəttə, IV Şuşa Qlobal Media Forumu hər şeydən əvvəl media sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, günümüz üçün olduqca vacib olan dezinformasiyaya, fake xəbərlərə qarşı mübarizə istiqamətində əlverişli platformadır. Paralel olaraq forum həm də Azərbaycanın yeni dövrün reallıqlarına uyğun olaraq təqdimatı, regionda yaratdığı yeniliklər, Qarabağ və Şərqi Zəngəzurda 44 günlük müharibədən sonra həyata keçirdiyi quruculuq-abadlıq işlərinin beynəlxalq media vasitəsilə təqdimatı sayıla bilər. Bu baxımdan Qlobal Media Forumu 44 günıük Vətən Müharibəsindən sonrakı dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və abadlıq işləri, Böyük Qayıdış prosesi, eyni zamanda işğal dövründə ermənilərin Azərbaycan ərazisində törətdikləri vandallıqların xarici media vasitəsilə dünyaya çatdırılması baxımından əhəmiyyətlidir.
Qeyd etdiyimiz kimi, forum eyni zamanda qlobal məkanda baş verənlərin təhlili, qiymətləndirilməsi, onlardan çıxış yollarının tapılması, ən əsası bütün bunlara Azərbaycanın yanaşması baxımından da əlverişli platformadır. Forumun ilk günündə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin söylədiyi fikirlərdə bütün bunlar öz əksini tapdı. Hər zaman olduğu kimi bu dəfə də dövlət başçısı sülh təşəbbüskarı olduğunu, təkcə bizim coğrafiyamız deyil, bütün dünyada, yaxın və uzaq qonşularımızda sülhün bərqərar olmasını arzuladığını ifadə etdi. Dövlət başçısı sülhün yeganə yolunun isə beynəlxalq hüquq təşkil etdiyini bildirdi:
“Şimalımızda müharibə vəziyyətində olan bir qonşumuz, cənubumuzda isə müharibə aparan digər qonşumuz var. Biz isə onların arasında yerləşirik. Əlbəttə ki, belə bir şəraitdə ölkəmizi qorumaq və eyni zamanda, imkan daxilində, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək bizim üçün böyük əhəmiyyət kəsb edir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Hesab edirəm ki, bunu təkcə biz deyil, həm də bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün əllərindən gələni edən vasitəçi ölkələr də düşünürlər”. Cənab İlham Əliyev Bakının mövqeyini bir daha bəyan edərək bildirib ki, bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir. Bu mənada beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır.
Prezident forumda Azərbaycana qarşı bəzi Avropa siyasi təsisatları, xüsusilə Avropa Şurası və onun Parlament Assambleyası tərəfindən yönələn təxribatlara da münasibət bildirdi və bunu qəbuledilməz adlandırdı. Dövlət başçısı Qlobal Media Forumunun tribunasından bir daha bəyan etdi ki, AŞPA ilə münasibətlərin arzueduilməz səviyyəyə çatmasında Bakı yox, Strasburq günahkardır və onlar da öz səhvlərini etiraf etməlidirlər:
“Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir”.
Dövlət başçısının fikirlərindən gəlinən nəticə ondan ibarətdir ki, bizimlə dost olmaq istəyən tərəflər və ölkələrlə biz də eyni münasibətdə olacağıq. Necə ki, bunun ən parlaq nümunəsi Türkiyə-Azərbaycan dostluq və qardaşlığıdır. Dövlət başçısının dediyi kimi dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmaq olmaz və bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir:
“Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar”. Cənab Prezidentin bu fikirləri həm “Bizim ailəmiz Türk ailəsidir” tezisinin bir daha dünyaya çatdırılması demək idi.
Ümumiyyətlə, Qlobal Media Forumunda Cənab Prezident ölkəmiz, eləcə də qonşularımız, hətta uzaq Avropa üçün bir çox məqamlara toxundu, enerji sahəsində əməkdaşlıqdan tutmuş, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan, Birləşmiş Ştatlarla yüksələn xətlə davam edən əməkdaşlıq və bunun gələcək perspektivlərindən danışdı, bir çoxları üçün sual doğuran məsələlərə aydınlıq gətirdi. Ən əsası, Cənab Prezident Qlobal Media Forumu vasitəsilə Azərbaycanın "yol xəritəsi"ni təqdim etmiş oldu.
İlham Məmmədov,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 İyul 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri