Icma.az
close
up
RU
Cənubi Azərbaycan öz müqəddəratını təyin etsin Sabir Rüstəmxanlı

Cənubi Azərbaycan öz müqəddəratını təyin etsin Sabir Rüstəmxanlı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranda son günlər baş verən etirazlar artıq sırf sosial-iqtisadi narazılıq çərçivəsindən çıxaraq daha dərin siyasi və struktur problemlərin göstəricisinə çevrilib. Hakimiyyətlə cəmiyyət arasında artan etimadsızlıq, idarəetmədə problemlər və uzun müddət yığılan sosial gərginlik ölkəni davamlı böhran vəziyyətinə sürükləyib.

Bu kontekstdə, İranda yaşayan soydaşlarımızın taleyi, müstəqillik məsələsi də gündəmə gəlir.

Modern.az-a açıqlamasında Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı qeyd edib ki, İranda davam edən etirazlar fonunda, indiyədək bu prosesin konkret hədəfi və əsas idarəedici qüvvəsi açıq şəkildə görünmür:

“Yəni məsələ təkcə daxili proseslərdən deyil, həm də dünya iqtisadi əlaqələri və İranın müxtəlif dövlətlərlə, o cümlədən Avropa ölkələri ilə münasibətləri kontekstində baş verən hadisələrdən gedir.

Amma burada bir mühüm məqam da diqqətdən qaçmamalıdır. Dünya mətbuatının da yazdığı kimi, prosesin əsasını xalqın daxili narazılığı təşkil edir. İranda bu narazılıq həmişə mövcud olub. Fars mərkəzli hakimiyyət modelinə qarşı milli zəmində narazılıqlar var, habelə iqtisadi və insan haqları sahəsində ciddi problemlər mövcuddur. Eyni zamanda, İran hakimiyyətinin sivil dünya ilə münasibətlərində də davamlı gərginlik müşahidə olunur. Bundan əlavə, ekoloji məsələlər - xüsusilə su hövzələrinin və göllərin, o cümlədən, Urmiya gölünün süni şəkildə qurudulması böyük fəlakət kimi dəyərləndirilir və xalq uzun müddətdir bu səbəbdən etiraz edir.

Hazırkı mərhələdə etirazlara nisbətən daha çox insan qatılır. Bununla belə, yenə də qeyd etmək lazımdır ki, İranda müxtəlif etnik və siyasi qruplar mövcuddur və hər birinin etiraz forması, tələbləri fərqlidir. Bəzi fars qruplar, o cümlədən molla rejimindən narazı olanlar Rza Pəhləvinin simvolları və bayraqları ilə aksiyalara çıxırlar. Lakin ümumi mənzərə onu göstərir ki, xalqın böyük hissəsi mövcud hakimiyyəti qəbul etmir”.

S.Rüstəmxanlı bildirib ki, bu prosesin pərakəndə - parçalanmış və fərqli istiqamətlərdə aparılması onu göstərir ki, sıx toqquşmalar baş verir və insan tələfatı artır:

“Hər iki tərəfdən - həm xalq, eləcə də hakimiyyət qüvvələri arasında ölən və xəsarət alanların olduğu bildirilir.

Bununla yanaşı, burada maraqlı və kənar qüvvələrin də rol oynadığı ehtimal olunur. Narazılıqlardan istifadə edən, maliyyə dəstəyi verən, silah alınmasına şərait yaradan və terror xarakterli fəaliyyətləri təşviq edən qrupların olduğu iddia edilir.

Eyni zamanda, xarici müdaxilənin İran daxilində əks-effekt verə biləcəyi də aydın görünür. Belə ki, hər hansı açıq müdaxilə baş verərsə, bu, ölkə daxilində yaşayan müxtəlif xalqları və müxalif qüvvələri “vətəndaşlıq maraqları” adı altında birləşdirə bilər. Məhz bu səbəbdən bəzi məlumatlara görə, İsrail tərəfi belə ABŞ-a müdaxilənin məqsədəuyğun olmadığı ilə bağlı mesajlar göndərib. Təcrübə göstərir ki, xarici müdaxilə zamanı iqtidar müxalifət arxa plana keçir”.

Sabiq deputat əlavə edib ki, belə bir şəraitdə Azərbaycan cəmiyyətinin və xüsusilə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın mövqeyi də diqqət mərkəzindədir:

“Azərbaycan türkləri öz şüarları ilə mövqelərini açıq şəkildə ifadə edir, molla rejiminə münasibətlərini bildirirlər. Azərbaycanın maraqları isə fərqlidir və daha geniş strateji çərçivədə qiymətləndirilir.

Əgər bu proses uzun müddət davam edər, etnik zəmində etiraz dalğası genişlənər və İranda daxili parçalanma riski yaranarsa, Azərbaycan öz tarixi təcrübəsinə əsaslanaraq mövqeyini müəyyənləşdirə bilər. Belə bir halda Cənubi Azərbaycan öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər. Lakin xarici amillər və mümkün qan tökülməsi ehtimalı nəzərə alındıqda, bu ssenari arzuolunan hesab edilmir və Azərbaycan bu proseslərə elə güneydə də son dərəcə ehtiyatla yanaşır”.

O həmçinin vurğulayıb ki, İranda yaşayan soydaşlarımız, eyni zamanda müstəqillik məsələsi ilə bağlı soydaşlarımızın mövqeyi məsələsi yeni deyil və dəfələrlə gündəmə gəlib:

“Tarixə nəzər salsaq gərərik ki, müstəqillik uğrunda mübarizəyə qalxan qüvvələr hər dəfə xarici güclər tərəfindən aldadılıb. İstər şah rejimi, istərsə də molla hakimiyyəti dövründə Azərbaycan türklərinə münasibətdə nə Avropa ölkələri, nə də digər beynəlxalq güclər səmimi mövqe nümayiş etdirib.

İkinci Dünya müharibəsindən sonra, BMT-nin yaradıldığı dövrdə Cənubi Azərbaycan məsələsi ilk müzakirə olunan mövzulardan biri olsa da, xalqın etiraz səsinə lazımi diqqət yetirilmədi. Minlərlə soydaşımızın taleyi beynəlxalq maraqlar naminə görməzlikdən gəlindi. Ona görə də, bu təcrübələr nəzərə alınmalıdır.

Məhz buna görə də Azərbaycan artıq kifayət qədər siyasi və tarixi təcrübəyə malikdir. Bu gün - Azərbaycan, xalq ayağa qalxarsa, öz müstəqilliyi və azadlığı üçün, İranda uzun illər ərzində itirilmiş mülkiyyətin və sərvətlərin sahibi olaraq ayağa qalxacaq”,- deyə S.Rüstəmxanlı fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri