Icma.az
close
up
RU
Cənubi Qafqaz SÜLHə yaxınlaşır...

Cənubi Qafqaz SÜLHə yaxınlaşır...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrəvan konstitusiya dəyişikliyinə gedir

Siyasi qarşıdurmalar da istisna olunmur

Bu günlərdə Ermənistandan ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı yeni xəbərlər gəlib. Belə ki, Ermənistan parlamentinin iclasında hakim “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan  müxalifətçi “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryanın suallarını cavablandırarkən yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar verib. Yeni konstitusiya layihəsinin nə vaxt dərc olunacağı barədə sualı cavablandırarkən  deputat bildirib ki, sənədlə bağlı əlavə müzakirələrə, o cümlədən hakim komandanın daxilində müzakirələrə hələ də ehtiyac var. Bununla belə, Culakyan layihənin mətninin cari ilin sonunadək dərc edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Konstitusiya dəyişikliyi sülh prosesinin təşəbbüskarı olan Azərbaycanın əsas tələbidir

Hazırda Cənubi Qafqaz heç vaxt olmadığı qədər sülhə yaxındır. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Ermənistan liderlərinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri tərəfindən yekun sülh sazişi paraflanıb.  Bundan sonra ötən bir ildə region real sülh şəraitində yaşayıb. Azərbaycanla Ermənistan arasında postmüharibə mərhələsində başlayan tənzimləmə prosesində müsbət dinamika izlənilib. Xüsusilə də qalib Azərbaycan sülh prosesinə təkan vermək məqsədilə öz ərzisindən Ermənistana tranzit yüklərin keçidinə icazə verib. Həmçinin respublikamızdan Ermənistana strateji əhəmiyyətli enerji məhsullarının ixracına başlanıb. Eləcə də iki ölkənin vətəndaş cəmiyyətləri təmsilçilərinin “Sülh körpüsü” platforması çərçivəsində İrəvanda və Bakıda bir neçə görüşü baş tutub.

Bu kimi müsbət reallıqlar fonunda sual yaranır: Bəs yekun sülh sazişi niyə imzalanmır və yaxud nə vaxt imzalanacaq? Ictimaiyyətdə belə bir suala cavab axtarılması tam təbiidir. Yada salaq ki, məğlub Ermənistan 2020-ci il 10 noyabr tarixində müharibə başa çatandan sonra xarici havadarlarının diktəsi ilə Azərbaycanın sülh təşəbbüslərini müxtəlif manipulyasiyalara əl atmaqla təxminən 5 il yubatdı. Nəhayət, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh prosesində yeni mərhələ açıldı. Cəmiyyətimizdə narahatlıq var ki, Ermənistan bu dəfə də yekun sülh sazişinin imzalanmasını hansı yollarlasa uzada bilər.

Əslində, bu dəfə Ermənistanın sülh prosesini yubadacağı ehtimalı yüksək deyil. Bunu həm beynəlxalq vəziyyət, regionda yaranmış reallıqqlar, həm də Ermənistanın bir sıra mühüm çağırışlarla üz-üz qalması şərtləndirir. Əvvəla, xüsusi olaraq vurğulayaq ki, Vaşinqton görüşündən sonra dünyanın supergüc dövləti olan ABŞ bir növ sülh prosesinin qarantı qismində çıxış edir.  Vaşinqtonda yekun sülh sazişinin paraflanması o anlama gəlir ki, ABŞ Azərbaycanın sülh gündəliyini dəstəkləyir. Ermənistanın siyasi rəhbərliyinin Ağ Evin iradəsinə qarşı hansısa bir addım ata biləcəyi mümkün görünmür.

Digər tərəfdən, Vaşinqtonda birgə siyasi bəyanat verilib və kommunikasiyaların blokdan çıxarılması razılaşdırılıb. Hazırda Ağ Evdə razılaşdırılan TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) reallaşdırılması istiqamətində işlər görülür. Bu kimi reallıqlar fonunda sülh prosesinin hansısa bir bəhanə ilə ləngidilməsi Ermənistan üçün ciddi təzyiqləri qaçılmaz edər.

Yekun sülh sazişinin imzalanmasının yeganə şərti isə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Bu tələblə Azərbaycan çıxış edir və rəsmi Bakı bu tələbi irəli srürməkdə tam haqlıdır. Ermənistan konstitusiyasının indiki məzmunu sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, əsas qanunun preamlula hissəsində istinad edilən Ermənistan Müstəqillik Bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistanın tərkib hissəsi kimi qəbul edilir. Beləliklə, absurd vəziyyət yaranır. Ötən beş ildə aparılan tənzimləmə prosesinin və Vaşinqtinda imzalanan sənədin əsas qayəsini ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi təşkil edir. Paraflanan sənəddə bununla bağlı konkret müddəa öz əksini tapıb və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını birmənalı şəkildə və həm də konkret imza ilə təsdiqlənən bir formada bəyan ediblər. İndiki konstitusiyanın qüvvədə qalması isə faktiki olaraq Ermənistan rəhbərliyinin siyasi iradəısini inkar edir. Yəni bir tərəfdən Baş nazir Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, digər tərəfdən isə əsas qanunda bunun əksini özündə ehtiva edən müddə var. İki ziddiyyətli məqam ortada ikən hansı məntiqlə yekun sülh sazişini imzalamaq olar? Burada məntiq görünmür, ona görə də qalıcı, əsas qanunla dəstəklənən sülh tərəfdarı olan Azərbaycan Ermənistan konstitusiyasının mütləq qaydada dəyişdirilməsi tələbini irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda və istənilən məkanda imzalana bilər.

Mövcud konstitusiyada zəruri dəyişikliklər, yoxsa yeni əsas qanun?

Son vaxtlaradək Ermənistanda referendum yolu ilə mövcud konstitusiyada zəruri dəyşikliklərin edilməsi ilə bağlı müzakirələr aparılırdı. “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyanın parlamentdə verdiyi açıqlama ilə isə yeni versiya da gündəmə gəlib. Söhbət Ermənistanda tamamilə yeni bir konstitusiyanın qəbul edilməsindən gedir. O, müxalifət təmsilçisinin sualını cavablandırarkən bildirib ki, konstitusiyanın mətnindən heç nə çıxarılmayıb, çünki biz yeni Konstitusiya yazırıq. “Biz qüvvədə olan konstitusiyanı götürüb oradan hansısa müddəaları çıxarmamışıq, yenilərini də əlavə etməmişik. Biz boş vərəq götürdük və onun üzərində yeni konstitusiyanın mətnini yazmağa başladıq”, - deyə Culakyan bildirib.

Eyni zamanda deputat yeni konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmadığını təsdiqləyib. “Layihədə olması nəzərdə tutulan preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr. Və olmamalı idi. Bu barədə nə qədər danışsanız və spekulyasiya etsəniz də, belədir”, - deyə hakim partiyanın deputatı bildirib.

Revanşistlərin əks mövqedən çıxış etmələri suallar yaradır

Hakimiyyətin konstitusiya dəyişikliyinə gediləcəyini bəyan etməsi Ermənistanda revanşist qüvvələırin fəallığını artırıb. 7 iyun seçkilərində istəklərinə çatmayan revanşistlər indi konstitusiya islahatı ilə razılaşmamaqla Paşinyana qarşı yeni cəbhə açmağa çalışırılar. “Ermənistan Alyansı”nın deputatı Kristine Vardanyan baş nazir Nikol Paşinyanı konstitusiyanı “Əliyevin zövqünə uyğunlaşdırmaqda” ittiham edib. “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyan isə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını “ölkənin doğum haqqında şəhadətnaməsinin yandırılması” adlandırıb.

Əslində, revanşistlərin konstitusiya islahatına qarşı dirəniş göstərmələri o anlama gəlir ki, Ermənistanda hələ “bəlkə də, qaytardılar” xülyası ilə yaşayan qüvvələr mövcuddur. Bu isə real olaraq müharibəyə çağırışdır və hakimiyyət bu kimi tendensiyaların qarşısını almaq üçün daha ciddi tədbirlər görməlidir.

Başqa bir sual hakim komandanın konstitusiya islahatına getməsi üçün parlamentdə konsensusa nail olmaq ehtimalının tam təmin edilməməsi ilə bağlıdır.  Məlumdur ki, son seçkilərdən sonra hakim partiya parlamentdə 64 deputatla təmsil olunur. Referendum təşəbbüsünün dəstəklənməsi üçün isə 70 səs tələbi var. Belə olan halda “Vətəndaş Müqaviləsi”nin daha ən azı 6 səsə ehtiyacı yaranacaq. Buna isə yalnız parlament fraksiyalarından biri ilə razılaşma yolu ilə  nail olmaq mümkündür. Hakim komandanın bunu hansı yolla bacaracağını isə zaman göstərəcək.

Hər halda, Ermənistanda yeni siyasi qarşıdurma dalğasına keçid ediləcəyi tam realdır. Ancaq kilsə də daxil olmaqla müxalifət qüvvələrinin etirazlara başlaması siyasi hakimiyyət üçün hansısa bir radikal ssenarinin işə düşəcəyi anlamına gəlmir. Çünki son seçkilər bir daha təsdiqlədi ki, bütövlükdə Ermənistan cəmiyyəti iki seçim qarşısında qaldıqda sülhü, yəni indiki hakimiyyətin mövqeyini dəstəkləyir. Xatırladaq kİ, Ermənistan parlamentində ikinci yeri 23 faiz səslə “Güclü Ermənistan”, üçüncü yeri isə 10 faizə yaxın səslə “Ermənistan” bloku tutur.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri