Icma.az
close
up
RU
Cənubi Qafqazın üç dövlətindən ikisi xarici diktəni qəbul etmir ŞƏRH AZƏRTAC

Cənubi Qafqazın üç dövlətindən ikisi xarici diktəni qəbul etmir ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 yanvar, AZƏRTAC

Bayden administrasiyası siyasi səhnədən getmək ərəfəsində Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzaladı. “Dağlıq Qarabağ” ifadəsinin xartiyanın mətnində yer alması bir daha göstərdi ki, “907-ci düzəliş”in Azərbaycana qarşı yenidən tətbiq edilməsi təsadüfi olmayıb və onun arxasında ayrı-seçkilik siyasəti dayanır. Eyni zamanda, bu, məqsədyönlü şəkildə yürüdülən qərəzli siyasətin tərkib hissəsi idi. Unutmamalıyıq ki, məhz Bayden administrasiyası tarixi həqiqətləri təhrif edərək qondarma erməni soyqırımını tanımışdı. Məqsəd qardaş Türkiyəni, bütövlükdə Türk dünyasını hədəfə almaq və davamlı şəkildə təzyiq göstərmək idi. Bayden administrasiyasının Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinin uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri də elə bu cür qərəzli siyasətlə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə mövcud reallığı cəmiyyətimizlə yanaşı, dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırdı: “Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Onun sözlərinə görə, bütün bunlar dövlətimizin maraqları baxımından olduqca həssas məqamlardır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi həm də bu baxımdan ciddi diplomatik mesaj deməkdir. Bu səfər vasitəsilə Cənubi Qafqazı ayırıcı xətlərlə bölmək və onu öz maraqlarının girovuna çevirmək istəyən dairələrə tutarlı cavab verildi. Bu o demək idi ki, Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan kimlərinsə deyil, öz dövlət maraqlarını, beynəlxalq hüququ və ədaləti əsas tutacaq, böyük güclərin oyununda alətə çevrilməyəcək. Heç kimə imkan verilməyəcək ki, ölkələrimizin daxili işlərinə qarışmaqla ictimai-siyasi sabitliyi poza bilsin və nəticədə suverenliyimizi, dövlət maraqlarımızı növbəti dəfə təhdid etsinlər. Prezident İlham Əliyev yanvarın 17-də mətbuata müsahibəsində “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” deməklə, Cənubi Qafqazda sabitliyi pozmaq istəyən dairələrə mesaj verdi.

“Azərbaycan Prezidentinin bu mesajının mahiyyəti strateji baxımdan kifayət qədər dərindir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Prezidentinə xitabən Bakıda səsləndirdiyi fikirlər kənar aktorlara və maraqlı tərəflərə bir daha nümayiş etdirdi ki, Cənubi Qafqazın siyasi mənzərəsini müəyyən edən Liderin mövqeyi nəzərə alınmadan, heç kim bu coğrafiyada öz layihəsini həyata keçirə və uğura imza ata bilməz. Onun dövlətimizin başçısına xitabən “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” deməsi, bir çox dövlətlər üçün nəticə çıxarmalı olduğu dərs idi”, - deyə Ü.Quliyev vurğulayıb.

Deputat, həmçinin qeyd edib ki, Cənubi Qafqazın üç dövlətindən ikisinin - Azərbaycanın və Gürcüstanın üst-üstə düşən mövqeyini, Azərbaycan Prezidentinin müəllifi olduğu geosiyasi reallığı görməzdən gələn dairələr bilməlidirlər ki, onların diktə ritorikasının bizim coğrafiyada sosial bazası yoxdur. Ölkəmizin milli maraqlarını təhdid etməklə Ermənistana boş vədlər verən, onu müntəzəm şəkildə hücum silahları ilə gücləndirən, hərbi, siyasi və maliyyə dəstəyini əsirgəməyən, işğalçı ölkəni yenidən xam xəyallara şirnikləndirən siyasi mərkəzlər bunu da düşünməlidirlər ki, beynəlxalq hüququ, tarixi ədaləti və Cənubi Qafqazdakı yeni reallığı gözardı edə bilməyəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri