Cənubi və Qərbi Avropada elektrik şəbəkələrinin fəaliyyətində genişmiqyaslı nasazlıq baş verib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 aprel, AZƏRTAC
İspaniya və Portuqaliyada elektrik şəbəkələrinin fəaliyyətində genişmiqyaslı nasazlıq baş verib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, milyonlarla abonent işıqsız qalıb, nəqliyyat və rabitə sistemlərinin fəaliyyətində fasilələr müşahidə olunub.
Elektrik təchizatının kəsilməsi İspaniya və Portuqaliyanın bütün ərazisində qeydə alınıb. Elektrik şəbəkəsində problemlər Andorra və İspaniya ilə sərhəd Fransa departamentlərində də müşahidə olunub.
“Financial Times” qəzeti elektrik şəbəkəsi operatorlarına istinadən xəbər verir ki, İspaniya və Portuqaliyanın enerji sistemində güc itkisi 10 QVt-dan çox olub.
“Euronews”un məlumatına görə, elektrik təchizatındakı nasazlıq metropolitenin, dəmiryolunun və hava limanlarının da fəaliyyətinə təsir edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Aprel 2025 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















