Icma.az
close
up
RU
Çəpərin sonu: Qonşuluğu bölən beton hasarlar

Çəpərin sonu: Qonşuluğu bölən beton hasarlar

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəllər kənd həyatı dedikdə ağla ilk gələn mənzərələrdən biri darvazası yarıaçıq, çəpərlə ayrılmış həyətlər, qonşuların bir-birinə “qonşu, bir az soğanınız varsa verərsiniz” deyə səsləndiyi səmimi səslər idi.

Ancaq indi kəndlərdə də bu mənzərə dəyişir. Taxta çəpərlər yerini hündür beton və daş hasarlara verir.

Bu dəyişiklik sadəcə fiziki sərhədlərlə bağlı deyil, insan münasibətlərinin də sərtləşməsindən xəbər verir.

Taxta çəpərlər əvvəlcə qorumaq üçün çəkilərdi, amma arada istəyəndə əl uzadıb salam verməyə, söhbət eləməyə imkan da qalırdı. Hətta bəzən çəpərin üstündən bir-birinin həyətinə tərəvəz ötürülər, ya da uşaqlar həmin çəpərlərin arasında gizlənqaç oynayardılar.

İndi isə daş hasarlar susur. Onlar nə səs buraxır, nə səmimiyyətə yer qoyur. Bir evin həyətindən digərinə baxmaq belə mümkün deyil. İnsanlar sanki özünə “qapanır”.

Sosial şəbəkələrdə, televiziya verilişlərində köhnə deyimləri tez-tez eşidirik. Amma real həyatda o deyimlər getdikcə əksini tapmır. Artıq qonşu təkcə qapısını yox, divarını da qapayır. “Birdən nəyisə görərlər, birdən nə isə istəyərlər” düşüncəsi ilə insanlar daha çox gizlənməyə çalışır. Gizləndikcə isə etimad azalır, ünsiyyət kəsilir, şübhə artır.

Maraqlısı odur ki, əvvəllər belə hasarlar ancaq şəhərlərdə olurdu. Şəhər həyatı təcrid, fərdi məkan və gizlilik tələb edirdi. Amma indi kəndlərdə də sanki şəhər tənhalığı yaşanır. Halbuki kəndin ruhu qonşuluq münasibətləri, birgə yaşama mədəniyyəti, sosial dəstək və paylaşım üzərində qurulmuşdu.

Hazırda isə kənd evlərinin ətrafında 2-2.5 metr hündürlüyündə beton hasarlar, bir növ “özünə yetərli qalalar” yaranır. Bu, həm də insanların bir-birinə olan inamının azalmasının simvoludur.

Bəziləri bu hasarları təhlükəsizlik məqsədilə çəkdiyini deyir. “Qorunmaq üçün”, “həyətə baxmasınlar”, “nə işlə məşğul olduğumu bilməsinlər” düşüncəsi artıq təkcə şəhərdə yox, kənddə də öz yerini tapıb. Amma unutmayaq: təhlükəsizlik bəhanəsi ilə qurulan divarlar, bəzən insanı ən çox qorxduğu şey yalnızlıqla qarşı-qarşıya qoyur.

Əvvəllər çəpərlə ayrılan həyətlərdə “bir stəkan çay içməyə keç” deyən qonşular vardı. İndi isə daş hasarların arxasında bəzən illərlə bir-birinə salam verməyən insanlar yaşayır.

Ola bilsin ki, divarlar evimizi qoruyur, amma qonşuluğu yox edirsə, düşünməyə dəyər: biz nədən qorunuruq və nədən imtina edirik?

Leyla Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri