Cərimə ödənişlərindən komissiya tutulması haqda Mərkəzi Bankdan açıqlama
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur”.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
Komissiyanın hansı banklarda tətbiq olunmasına da aydınlıq gətirilib: “Ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir.
Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir”.
Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir.
Gülnar Əliyeva
Baxış sayı:92
Bu xəbər 24 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















