Icma.az
close
up
RU
Cərimələrini ödəməyənlər həbs ediləcək? AÇIQLAMA

Cərimələrini ödəməyənlər həbs ediləcək? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnzibati hüquq pozuntularına görə tətbiq edilən cərimələr və onların icrası cəmiyyətdə hüquq qaydasının qorunmasında mühüm rol oynayır. Lakin bəzi hallarda vətəndaşlar cərimə olunsalar da, bu qərarları icra etməkdən yayınırlar. Bu isə məsuliyyətin daha da ağırlaşmasına və əlavə sanksiyaların tətbiqinə səbəb olur. Digər tərəfdən, pozuntuların təkrar törədilməsi hüquqi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu baxımdan, həm cərimələrin vaxtında ödənilməsi, həm də qanun pozuntularının təkrarlanmaması xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, şəxs inzibati qaydada cərimə olunur, lakin bundan sonra yeni pozuntu törətmir, sadəcə tətbiq edilmiş cəriməni ödəmirsə, məsələ artıq ilkin pozuntudan yox, məhkəmə aktının icra edilməməsindən qaynaqlanır:
"Belə vəziyyətdə şəxs məhkəmə qərarını yerinə yetirmədiyinə görə əlavə məsuliyyətə cəlb oluna bilər. Qanunvericiliyə əsasən, bu məsuliyyət yenidən cərimə ilə nəticələnə, təxminən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna və hətta müəyyən hallarda bir ayadək inzibati həbs tədbiri də seçilə bilər. Xüsusilə diqqət yetirilməli məqam ondan ibarətdir ki, əgər şəxsin cəriməni ödəmək imkanı olduğu halda bunu qəsdən etmədiyi sübuta yetirilərsə, daha sərt tədbirlərin görülməsi mümkündür".
Vəkil deyib ki, əgər şəxs törətdiyi inzibati xətanı davamlı şəkildə təkrar edirsə, yəni pozuntuya yol verir, cərimələnir və buna baxmayaraq eyni hərəkətləri yenidən edir, bu artıq sistemli xarakter daşıyan davranış kimi qiymətləndirilir:
"Belə hallarda qanunvericilikdə onun yenidən həmin pozuntuya görə məsuliyyətə cəlb olunmasına hər hansı maneə nəzərdə tutulmur. Əksinə, təkrar pozuntular inzibati məsuliyyətin daha da ağırlaşdırılmasına səbəb ola bilər və müvafiq orqanlar hər dəfə yeni inzibati tədbirlər tətbiq etmək səlahiyyətinə malikdir", - deyə o qeyd edib.
Yəni, yazılan cəriməni ödəməmək sizi məsuliyyətdən azad etmir, əksinə, borcun artmasına və həbs təhlükəsinə yol açır. Eyni qaydanı təkrar pozmaq isə hər dəfə daha böyük məbləğdə cərimə olunmağınızla nəticələnə bilər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri