Icma.az
close
up
RU
Cərrahın geyimi pasiyentin taleyinə təsir edir: Əməliyyat otağında ağ xalat niyə qadağandır?

Cərrahın geyimi pasiyentin taleyinə təsir edir: Əməliyyat otağında ağ xalat niyə qadağandır?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər bir xəstəxanaya daxil olan şəxs həkimlərin kabinetlərdə adətən ağ xalat geyindiyini görür. Lakin əməliyyat otağına daxil olduqda, həmin həkimlərin geyimlərinin rəngi birdən-birə dəyişir — ağ yerini mavi və ya yaşıl tonlara verir. Bu dəyişiklik təsadüfi deyil və onun həm fizioloji, həm də psixoloji əsasları var.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ağ xalat "sovet dövrünün simvolu” hesab olunur, lakin müasir tibb müəssisələrində həkim formaları müxtəlif rənglərdə olur. Buna baxmayaraq, əməliyyat otaqlarında yalnız iki rəngə – mavi və ya yaşıl geyimə icazə verilir.

Bu qaydanı ilk dəfə 1914-cü ildə kanadalı həkim Herbert Robertson təklif etmişdi. O, əməliyyat zamanı həkimlərin uzun müddət qanla işlədiklərini nəzərə alaraq, ağ rəngin görmə qabiliyyətini pozduğunu və yaşıl tonların bu effekti azalda biləcəyini irəli sürmüşdü.

İnsan gözünün torlu qişasında "çubuqlar” və "konuslar” adlanan hüceyrələr mövcuddur. Onlar işığı qəbul edərək ətrafdakı rəngləri fərqləndirməyə kömək edir. Bu "konus”ların üç tipi var — mavi, yaşıl və qırmızı tonlara həssas olanlar.

Əməliyyat zamanı həkim uzun müddət qırmızı (qan) rənginə baxdıqda, göz "yorulur” və ağ səthə baxarkən yaşıl-bənövşəyi "ləkələr” görməyə başlayır. Bu optik yanılsama cərrahın diqqətini yayındırır və əməliyyat prosesinə mənfi təsir göstərə bilər.

Yaşıl və mavi rənglər isə rəng dairəsində qırmızıya qarşı mövqedədir, yəni onu neytrallaşdırır. Buna görə də belə geyimlər göz gərginliyini azaldır, görmə kontrastını artırır və əməliyyat zamanı diqqətin dağılmasının qarşısını alır.

Bundan əlavə, mavi və yaşıl parçalarda qan ləkələri ağ rəngdə olduğu kimi aydın görünmür. Bu, həm həkimlər, həm də tibbi personal üçün psixoloji baxımdan daha rahat şərait yaradır. Qan ləkələrinin ağ xalatda yaratdığı təəssürat, hətta təcrübəli həkimlərdə belə, əlavə stressə səbəb ola bilər.

Beləliklə, əməliyyat geyiminin rəngi yalnız estetik seçim deyil, həm də pasiyentin təhlükəsizliyinə təsir edən elmi əsaslı bir qərardır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri