Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Çətin yay, gözlənilən ah vay... KÖŞƏ

Çətin yay, gözlənilən ah vay... KÖŞƏ

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan avrokubokların 2025/26 mövsünə əmsallar cədvəlində 29-cu ölkə kimi başlayır. Əslində bu yer də şərtidi. Rusiya Ukrayna ərazisini işğal etmək üçün müharibəyə başlamasaydı və bu üzdən avrokuboklardan kənarda qalmasaydı, avtomatik bizdən irəlidə olacaqdı. Təəssüf ki, son illərdə Avropanı futbolumuzla təəccübləndirə bilmirik. Bir qədər də dəqiqləşdirək: qürurumuz “Qarabağ” və başqaları var. Ağdamlılar 2023/24 mövsümündə “Braqa” və xüsusən də “Bayer-04” ilə oyunlarda parlaq təsir bağışladılar. Amma “Qəbələ” 1-ci, “Sabah”la “Neftçi” 2-ci mərhələdə uduzdu. Nəticədə avrokubok mövsümünə qitənin 26-cı ölkəsi kimi başlayan Azərbaycan ötən yay artıq üç pillə geridə idi.

2024/25 mövsümünün təəssüratı isə yenidi. Zaqreb “Dinamo”suna məğlubiyyətdən sonra heç cür özünə gələ, Avropa Liqasının yeni formatına uyğunlaşa bilməyən “Qarabağ” əsas mərhələni sonuncu – 36-cı yerdə bitirdi. “Zirə” yaxşı başladı, amma “Omoniya” ilə oyunda acı məğlubiyyətlə üzləşdi, səfərdə Hayfa “Makkabi”sinə qalib gələndən sonra sanki “Sabah”a nəsə oldu, “Sumqayıt” da “Fehervar”ı keçməyi bacarmadı.
Bu qısa icmaldan sonra artıq yeni mövsümə boylanmağın vaxtıdı. İş elə gətirib, daha doğrusu, püşk elə hökm edib ki, deyəsən, ötənilki nəticələrə həsəd aparmalı olacağıq. Gerçəkdən bu il klublarımızın bəxtinə güclü rəqiblər düşüb, ilk mərhələni adlamaq belə çətin görünür. Əlbəttə, “Qarabağ”ı nəzərdə tutmuram. Köhnə-yeni çempion “Şelburn”u və ya “Lindild”i, hətta sonrakı rəqibi də keçməyə borcludu. Ümumiyyətlə, ağdamlılar hansısa turnirin əsas mərhələsində yer alacaq - bu yöndə şübhələnməyə dəyməz. Sadəcə, transfer çalışmaları daha tez bitməli, “Qarabağ”ın yeni obrazı daha tez formalaşmalıdı. Qurban Qurbanovun sərəncamında komandanı yeniləmək, oyun əlaqələrini cilalamaq, yoldaşlıq oyunlarında gücünü sınamaq üçün üçün düz bir ay var.
Əslində “Sabah”ın da manevr imkanları genişdi. Dünən yeni baş məşqçisinə - Valdas Dambrauskasa qovuşan “bayquşlar”, Allah eləməmiş, “Selye”yə uduzsa belə, Konfrans Liqasına dönəcək, bu turnirdə 2-ci təsnifat mərhələsindəki mümkün rəqiblərin hər birini (“Birkirkara”, “Petrokub”) keçmək mümkündü. Ümumiyyətlə, “Sabah” heyətinin potensialına görə ölkəmizdə uzaqbaşı “Qarabağ”a uduzur. Sadəcə, bu komandanın oyununda sabitlik, bəlkə də ulduzları potensialını tam ortaya qoymağa məcbur edən “məşqçi əli” çatışmır. Dambrauskasın bu mənada nə dərəcədə ideal namizəd olduğunu tezliklə, daha dəqiqi, iyulun 10-da görəcəyik.
“Zirə” ilə “Araz-Naxçıvan”ın da işi çətindi. “Qartallar”ın yolunun üstünə “Hayduk” çıxdı. Burda variant yoxdu: Rəşad Sadıqov bütün təcrübəsini işə salmalıdı. Şəxsən mən ən çox onun təcrübəsinə güvənirəm. Yoxsa güc, heyətin potensialı kimi amillər rəqibin tərəfindədi. Bu “Hayduk” son mövsümdə möcüzə nəticəsində çempionluğu əldən verən komandadı.
“Araz-Naxçıvan” üçün də təcrübə amili keçərlidi. Sadəcə, pis mənada. Avrokubokların debütantı “Aris” önündə bu mənada ciddi əziyyət çəkəcək. Hələ oyunun gözdən uzaq, könüldən iraq Mərdəkana salınmasını demirəm. Naxçıvanda oynamırsız-oynamırsız, heç olmasa, mərkəzə gəlin ki, olmayan azarkeşlə bütünləşə biləsiz. Həm “Zirə”nin, həm də “Araz-Naxçıvan”ın mübarizəyə ev oyunu ilə başlaması da yaxşı əlamət deyil.
Kəsəsi, klublarımızı çətin yay gözləyir. Elə etmək lazımdı ki, yayın sonunda ah-vay etməsinlər. Hələ də vaxt var, nələrisə düzəltmək olar.
HUŞƏNG

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri