Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

“Çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər”

“Çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qüdrət Həsənquliyev: “Bundan artıq heç nəyə nail ola bilməzlər”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiya Federasiyasına 30 iyundan sonra Rusiyanın müvafiq dövlət orqanlarından 3 gün öncədən icazə kodu almadan getmək yasaq olunacaq. Azərbaycanın cavabı necə olmalıdır?

- Rusiya bir tərəfdən özünü keçmiş sovet respublikalarının daha sıx inteqrasiya olunması tərəfdarı kimi təqdim edir, digər tərəfdən pisixoloji diskomfort və etimadsızlıq yaradan bu cür mənasız qərarlar qəbul edir. Diplomatik kanallarla çalışmalıyıq ki, Rusiya bu addımdan çəkinsin. Amma heç bir halda qarşılıqlı olaraq biz də Rusiya vətəndaşları üçün eyni məhdudiyyəti tətbiq etməməliyik. Çünki bir tikə çörək dalınca Rusiyaya gedən çoxsaylı Azərbaycan vətəndaşı həmin ölkənin vətəndaşlığını qəbul etməyə məcbur olub. Azərbaycan bütün azərbaycanlıların vətənidir, xüsusilə Azərbaycanda doğulmuş şəxslərin özləri və onların nəvə-nəticələri üçün. Belələri vətəndaşlıq üçün müraciət edərsə onların bu xahişi dərhal yerinə yetirilməlidir. Biz ƏHD partiyası olaraq həmişə, həm də cənubi azərbaycanlıların öz vətənlərinə, Azərbaycan Respublikasına sərbəst gəlib-getmələri üçün İranla viza rejiminin aradan qaldırılması təşəbbüsü ilə çıxış etmişik. Dünyanın harasında yaşamalarından asılı olmayaraq biz öz soydaşlarımıza sahib çıxmalıyıq.

- Qüdrət bəy, Prezident ADA-da görüş zamanı çevriliş cəhdlərindən danışdı. Azərbaycanda kimsə belə bir cəsarət nümayiş etdirə bilərmi?

- Müstəqillik əldə edəndən sonra ölkəmizdə zaman-zaman belə cəhdlər olub, hətta baş tutanı da. Hazırda vəziyyət dəyişib. Dövlətimiz oturuşub. Xalqın həm islahatlarla bağlı Prezidentdən böyük gözləntiləri, həm də ona böyük dəstəyi var.
İkinci mühüm faktor ölkədə güclü daxili işlər nazirinin olmasıdır. Vilayət Eyvazovu uşaqlıq illərindən tanıyıram, onun xarakterinə bələdəm və Prezidentə nə qədər sadiq olduğunu da bilirəm. Nə qədər ki, o nazirdir, ölkədə sabitlik qorunacaq və ağlı başında olan kimsə antikonstitusion yolla hakimiyyət dəyişikliyi barədə düşünməməlidir. Baş tutmuş Gəncə qiyamından sonra rəhmətlik eks prezident Elçibəy deyirdi ki, mənim Ramil Usubov kimi nazirim olsaydı heç kim ölkədə dövlət çevrilişi həyata keçirə bilməzdi. Bu barədə əvvəllər danışmışam.
Üçüncüsü isə, xalqımız, siyasi partiyalar, ictimai fəal kəsim çevrilişlərin insanlara yaxşı heç nə vəd etmədiyini, hansı fəlakətlərə və mərhumiyyətlərə yol açdığını da öz üzərində sınayıb.
Dördüncü mühüm faktor isə regionda marağı və siyasi proseslərə təsir imkanları olan böyük ölkələrin Azərbaycanda sabitlikdə maraqlı olmasıdır. Başqa çoxsaylı faktorlar da var, əsasları bunlardır.
Ona görə çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər, bundan artıq heç nəyə nail ola bilməzlər.

- Qüdrət bəy, Əhv komissiyasının iclasları onlayn qaydada keçirilir, niyə? Siz siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslərin də əhv olunmasını mümkün sayırsınızmı?

- İclaslar yəqin ki, karantin rejiminə görə onlayn qaydada keçirilir.Təəssüf ki, karantin rejiminin anlayışı, karantin rejimi zamanı hüquq və azadlıqların məhdudlaşdırılmasının çərçivəsi və müddəti barədə də qanunvericilik bazası yoxdur.
Bildiyimə görə, Komissiyanın iclaslarında sədr Samir Nuriyev tərəfindən hər kəsə müzakirə olunan məhkumla bağlı öz fikirlərini ifadə etməyə imkan yaradılır. Əsas budur. Əhvetmə haqqında əsasnamədə iclasın necə keçirilməsinə dair düzünə göstəriş yoxdur. Ona görə insanlar özlərini necə rahat hiss edirlərsə qoy iclaslar da o qaydada keçirilsin. Pandemiyadan sonra sonra biz Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik etdik. İndi Milli Məclisin sədri karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi və səsvermənin gücləndirilmiş elektron imzalar vasitəsilə tətbiqi yolu ilə iclasların keçirilməsi barədə qərar qəbul edə bilər. Buna baxmayaraq biz eyni statuslu şəxslər olaraq toplanırıq,bir-birimizin yanında özümüzü rahat hiss edirik, qeyri - rəsmi təmaslardan çəkinmirik, bir-birimizi dinləyirik. Bu həm dövlət işləri, həm də insani münasibətlər baxımından çox önəmlidir. Görünür həm də deputatların bir-brini yoluxdurması da dövlətçiliyimizə təhlükə yaratmır (gülür). Yeri gəlmişkən, Prezident də kollektiv tədbirlərdə iştirak edir.
Sualınızın ikinci hissəsi ilə əlaqədar onu deyə bilərəm ki, Prezident əvvələr siyasi motivlərlə tutulduğu iddia olunan çoxlu məhbusları əhv edib. İndi də mümkündür. Əgər şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla digərləri barədə belə bir qərar qəbul olunsa biz bunu alqışlayardıq. Çünki onların çoxu artıq xeyli müddətdir ki, məhbəs həyatı yaşayır və inanıram mütləq əksəriyyəti azad olunarsa düzgün yol seçəcək. Bu, humanist bir addım olmaqla yanaşı iqtidarın da, ölkəmizin də maraqlarına uyğun olardı.
Sonda onu da qeyd edim ki, ölkəmizdə əhvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Konstitusiyaya görə ədalət mühakiməsini məhkəmələr həyata keçirir və qanunvericiliyə görə məhkum olunmuş şəxsləri məhkəmələr vaxtından əvvəl cəzadan azad edə, yaxud cəzanı yüngülləşdirə bilər. Əhvetmə və amnistiya hüququndan dövlət mənafeləri naminə müstəsna hallarda istifadə olunmalııdr.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Aprel 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri