Ceyhun Bayramov: TDT sülhün, sabitliyin və davamlı inkişafın təşviqi üçün mühüm regional əməkdaşlıq platformasıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbələ, 7 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) işinə töhfə vermək və eləcə də katibliyin büdcəsinin artırılması üçün, həmçinin əlavə stimul yaratmaq məqsədilə Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində mətbuata bəyanatında deyib.
O qeyd edib ki, TDT sülhün, sabitliyin və davamlı inkişafın təşviqi üçün mühüm regional əməkdaşlıq platformasıdır. “Bu Zirvə Görüşü Azərbaycanın Türk dünyasında həmrəyliyə, qarşılıqlı etimada və strateji tərəfdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Bir daha 12-ci Zirvə Görüşündə iştirak edən bütün nümayəndə heyətlərinə və tərəfdaşlara dərin minnətdarlığımızı bildirir və qəbul edilən qərarların Türk dövlətləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələsinə töhfə verəcəyinə əminliyimizi ifadə edirik”, - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















