Çeyildağ qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Çeyildağ qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
“Qafqazinfo” xəbər verir kiI, qəsəbəyə gələn rayon icra hakimiyyətinin başçısını ilk qarşılayan uşaqlar olub.
Onun ətrafına sevinclə toplaşan uşaqlarla səmimi söhbət edən RİH başçısı Natiq Əliyev onların maraqları və istəkləri ilə tanış olub. Söhbətin sonunda uşaqlarla xatirə şəkli çəkdirilib.
Daha sonra RİH başçısı Natiq Əliyev şəhid Şahid Qədirovun xatirə lövhəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad edib. Şəhidin anası ilə görüşüb, qayğıları ilə maraqlanıb. Səyyar qəbulun keçirildiyi məktəbə gələn RİH başçısı burada yerləşən Birinci Qarabağ müharibəsi şəhidi Siyavuş Muradovun büstünün önünə də gül dəstələri düzmüşdür.
Yüzə yaxın sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən Natiq Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb. Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb.
Qəbul zamanı vətəndaşların müraciəti fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Qəsəbə sakinləri dövlət başçısının əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 06 Oktyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















