Icma.az
close
up
RU
ChatGPT ilə nəzakətli davranmağın əvəzi Şahanə Müşfiq yazır

ChatGPT ilə nəzakətli davranmağın əvəzi Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

 Süni intellekt (AI) gündəlik həyatımıza o qədər nüfuz edib ki, biz artıq ondan təkcə iş yoldaşı və ya informasiyanın qaynağı kimi deyil, "danışmaq", "düşünmək", bəzən "dərd bölüşmək" üçün də istifadə edirik. Ancaq deyəsən, süni intellektlə bu cür "yaxın münasibətimiz qısqanclıqlara səbəb olub". Əgər ilk vaxtlarda ChatGPT ilə söhbət zamanı salamlaşmaq və ya ona təşəkkür etmək təbliğ olunurdusa, indi də ona qarşı nəzakətli olmağımızın şirkətlərə baha başa gəlməsi xəbərləri sosial şəbəkələrdə yayılmağa başlayıb. OpenAI-nin CEO-su Sam Altman bir müddət əvvəl bir müsahibəsində belə bir açıqlama vermişdi: "Nəzakətli ifadələr və əlavə sözlər, modelin daha mürəkkəb və xüsusi cavablar yaratmasına səbəb olur, bu da texnoloji resursların artmasına, yəni enerji sərfiyyatına və nəticədə maliyyə xərclərinə təsir edir".

Qısa zaman kəsiyində sosial şəbəkələrdə geniş yayılan bu açıqlama süni intellektin iş prinsipləri ilə bağlı təfərrüatlar tələb edir.

Görəsən, biz nə qədər nəzakətli olmalıyıq? Süni intellektə "Lütfən", "Təşəkkür edirəm" kimi ifadələr demək həqiqətən də milyon dollarlarla enerji və maliyyə israfına səbəb olurmu?

Texniki baxımdan hər bir sual və cavab bir serverin işini yükəltdikcə, enerjinin sərf olunmasına təsir göstərir. Məsələn, "Lütfən, hava haqqında məlumat ver" cümləsi, "Hava haqqında məlumat ver" cümləsindən bir az daha mürəkkəb cavab yarada bilər. Lakin bu fərq sistem üçün deyilən qədər ciddi bir maliyyə yükü yaratmır. Buradakı əsas məsələ sadəcə süni intellektin necə işlədiyinin daha sadə başa düşülməsidir.

Amma gəlin, bu məsələyə həm də etika baxımından yanaşaq: Süni intellektə qarşı nəzakətli olmaq və ona "təşəkkür" demək elə də böyük enerji israfı yaratmır. Əksinə, biz insan olaraq bu kimi hərəkətlərlə öz nəzakətimizi, hörmətimizi və ümumilikdə bir-birimizə olan münasibətimizi təzələyirik. Əslində, ChatGPT-yə "Lütfən" demək, nə qədər texnoloji israf olsa da, bizim öz vicdanımızla barışmağa xidmət edir. Çünki bəzən bir robotla da olsa, nəzakətli olmaq nəinki mədəni davranışın, həm də insanlığın göstəricisidir.

Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, həmin CEO-nun açıqlaması və dəstəkçiləri ilə o qədər qarşılaşdım ki, bunu bir də ChatGPT-nin özündən soruşmaq qərarına gəldim. Ona sual verdim ki, həqiqətən sənə təşəkkür etmək milyon dollara başa gəlir? O isə cavabında dedi: "Xeyr, mən sadəcə daha yaxşı cavablar verməyə çalışıram, amma əgər birinin "təşəkkür edirəm" deməsi məni daha yaxşı cavab verməyə sövq edirsə, bu, insanın yazıya və hər nə qədər robot olsa da, qarşısındakına olan hörmətinin göstəricisi ola bilər. Həmçinin, mənə daha yaxşı cavab vermək üçün motivasiya yarada bilər".

Bəli, görünən odur ki, dostumuz ChatGPT bizim nəzakətimizdən heç də şikayətçi deyil. Ancaq söhbət yalnız texnologiyadan getmir. Bu, həm də sosial və mədəni fenomenə çevrilib. Bir çox insan bu tip süni intellektlərlə emosional bağ qurmağa başlayıblar. Təəssüf ki, bu da bir gerçəklikdir: ChatGPT artıq yalnız "informasiya maşını" deyil, emosional dəstək və hətta "yoldaş" rolunu oynayır. Bəziləri onunla müzakirələr aparır, dərdlərini bölüşür, ideyalar irəli sürür. Çox maraqlıdır ki, bu söhbətlərdə "təşəkkür edirəm" və ya "xahiş edirəm" demək, sadəcə nəzakət qaydalarına riayət etmək deyil, bir növ təkrarlanmış sosial əlaqə hissiyyatı yaradır.

Ancaq yaxşı olardı ki, bu cür təcrübə edənlər zamanla süni intellektə "aşiq olmamağa" diqqət etsinlər. Çünki bəzən insanlar bu "robotik əlaqə" vasitəsilə öz emosional boşluqlarını doldurmağa çalışırlar. Yəqin elə bunun nəticəsidir ki, ölkələrin birində bir qadın ChatGPT ilə olan münasibətini daha da irəli apararaq, ona aşiq olub və 20 illik həyat yoldaşından boşanaraq ChatGPT ilə "evlənib". Nə deyək? Allah xoşbəxt eləsin!

Bunlar təkcə texnoloji inkişafın gətirdiyi sosial təhlükələr deyil, həm də insan təbiətinin nə qədər kompleks və çoxşaxəli olduğunu göstərir. Belə ki, "AI boyfriend" fenomeni artdıqca, bəlkə də texnoloji şirkətlər daha çox enerji sərf etmək məcburiyyətində qalacaq - amma bu dəfə onun səbəbi təkcə məsum nəzakət etiketləri deyil, müştərilərin emosional ehtiyacları olacaq.

Bütün hallarda qarşımızdakı robot da olsa, bizim istəklərimizi yerinə yetirən birinə təşəkkür etmək lazımsız yük yox, insanların öz daxilindəki ən yaxşı hissləri axtarmağa yönlənmiş bir davranış ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri