Icma.az
close
up
RU
ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər XƏBƏRDARLIQ

ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər XƏBƏRDARLIQ

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən 100 min nəfərdə quraşdırılmış genişlənmə dərhal doqquz populyar süni intellekt xidmətində sorğu və cavabları hiss etmədən ələ keçirirmiş.

Google Chrome brauzeri üçün süni intellekt əsaslı çat-botlarla işi yaxşılaşdırmaq üçün alət kimi mövqe tutan populyar brauzer genişlənməsi gizli istifadəçi məlumatlarının toplanmasında iştirak edib. Mütəxəssislərin qiymətləndirmələrinə görə, təxminən 100 min istifadəçi potensial təhlükə altına düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Prompt Optimizer – SecondBrain genişlənməsi populyar süni intellekt xidmətlərində sorğu və cavabları avtomatik olaraq ələ keçirir. Bunların arasında ChatGPT, Gemini, Claude, Grok, DeepSeek, Perplexity, Copilot, Meta AI və Microsoft 365 Copilot var.

Ekspertlərin məlumatına görə, tətbiq quraşdırıldıqdan sonra fon rejimində işləməyə başlayır və yazışmaları uzaq serverlərə ötürür. Proqram kodunun təhlili göstərib ki, bunun üçün şəbəkə trafikinin ələ keçirilməsi mexanizmlərindən, o cümlədən window.fetch, XMLHttpRequest və WebSocket-dən istifadə olunur ki, bu da istifadəçilərin fəaliyyətini praktiki olaraq real vaxt rejimində izləməyə imkan verir.

Xüsusi narahatlıq doğuran odur ki, genişlənmə təkcə şəxsi çatlara deyil, həm də Microsoft 365 Copilot-dakı korporativ yazışmalara giriş əldə etməyə qadirdir ki, bu da şirkətlər üçün əlavə risklər yaradır. Tədqiqatçılar həmçinin bəyan ediblər ki, məlumatların toplanmasını genişlənmənin öz vasitələri ilə söndürmək qeyri-mümkündür. Onların sözlərinə görə, tətbiq işə salındıqda məlumatların ötürülməsinə cavabdeh olan parametrlər avtomatik olaraq aktivləşir, məxfilik tənzimləmələri isə bağlanır.

Ötürülən məlumatlar şifrələnsə də, mütəxəssislər qeyd edirlər ki, onların deşifrə edilməsi üçün açarlar xidmətin tərtibatçılarının nəzarəti altındadır. Bu o deməkdir ki, onlar potensial olaraq ələ keçirilmiş yazışmaların bütün məzmununa giriş əldə edə bilərlər.

Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçilərə bu genişlənməni dərhal silməyi, sistemdə secondbrain.is domenləri ilə əlaqələrin olub-olmadığını yoxlamağı, təşkilatlara isə korporativ təhlükəsizlik siyasətləri vasitəsilə bu cür əlavələrin quraşdırılması imkanlarını məhdudlaşdırmağı tövsiyə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri