Chevrolet in pəncərəsindən çölə çıxan qadın yola əyilib təhlükə yaratdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Avtomobilin şüşəsindən başını və bədəninin bir hissəsini çölə çıxardan qadın sərnişin videoya çəkilib.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisə səhər saatlarında bölgələrdən birində qeydə alınıb. Videodan da göründüyü kimi, hərəkətdə olan 77-YS-732 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin arxa oturacağında əyləşən sərnişin maşının şüşəsindən çölə çıxaraq yola tərəf əyilib və özünü təhlükəyə atıb. Görüntünü qeydə alan avtomobildəki sürücünün də törətdiyi xəta kameraya düşüb. Belə ki, o, düz xəttin tələbini pozaraq qarşı tərəfə keçməyə çalışıb.
Təəsüflə qeyd edək ki , bəzi sərnişinlər "şou" göstermek niyyətilə maşının pəncərəsindən, yaxud lyukundan başını bayıra çıxararaq özlərini təhlükəyə atırlar. Təbii ki, sürücüylə yanaşı avtomobildə olan sərnişin də təhlükəsizlik kəmərindən istifadə etməli və təhlükə yaradacaq hərəkətlər etməməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 İyul 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















