CHP nin qurultay işi üzrə məhkəmə təxirə salındı Yekun qərar oktyabrda veriləcək
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
CHP-də keçirilən 38-ci qurultay və 21-ci fövqəladə qurultayın ləğvi ilə bağlı məhkəmə prosesi davam edir. Ankara 42-ci Asliye Mülki Məhkəməsində bu gün baş tutan 4-cü iclasda qərar elan olunmadı və proses 24 oktyabra təxirə salındı.
Xatırladaq ki, keçmiş Hatay Böyükşəhər Bələdiyyə Başçısı, CHP üzvü Lütfü Savaş və bir qrup nümayəndə, həm 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayın, həm də bu ilin aprelində keçirilmiş 21-ci fövqəladə qurultayın “yox hökmündə” elan edilməsi və ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdi.
Məhkəmə prosesində tərəflərin təqdim etdiyi hüquqi rəylər və elmi mülahizələr araşdırılıb. İstanbul və Bilgi universitetlərindən hüquq professorlarının təqdim etdiyi rəydə, mülki məhkəmələrin siyasi partiyaların qurultaylarında keçirilən seçkilərlə bağlı qərar verməsinin konstitusiyaya zidd olduğu, bu səbəbdən “səlahiyyətsizlik qərarı” çıxarılmasının zəruri olduğu bildirilib.
Davacılar tərəfinin vəkili Onur Yusuf Üregen isə çıxışında qurultayda ciddi qanun pozuntularına yol verildiyini, prosesin “ictimai asayişə zidd və təşkilatlanmış cinayət fəaliyyəti” xarakteri daşıdığını iddia edib. Onun sözlərinə görə, bu səbəbdən qurultayın nəticələri etibarsız sayılmalıdır.
CHP-nin indiki rəhbərliyi isə bütün iddiaları rədd edır. .
Məhkəmə mübahisəli sənədlərin tam araşdırılması üçün iclası 24 oktyabra təxirə salıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















