CİBGİRLƏR PULUMUZU MƏNİMSƏYİRLƏR Naxçıvan Şəhər Mənzil İstismar İdarəsinin işçiləri bayram pulları nın kəsilməsinə etiraz edir
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Şəhər Mənzil İstismar İdarəsinin bir qrup işçisi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri "bayram pulları"nın kəsilməsinə etiraz edirlər:
"Hörmətli redaksiya!
İşdən çıxarılacağımızı bildiyimiz üçün sizdən adımızı qeyd etməmənizi xahiş edirik. Çünki bizi daima işimizlə təhdid edirlər. Məhz bu səbəbdən də ad verməkdən ehtiyat edirik.
Qeyd edək ki, bu idarənin rəhbər heyəti biz işçilərin cibinə girir. Haqqımız olanı vermir. Prezidentin fərmanını saymırlar. Hansı ki, fərmana əsasən, bizlərə ildə 3 dəfə əmək haqqımızın 2 misli qədər "bayram pulu" verilməlidir. Lakin cibgirlər pulumuzu mənimsəyirlər.
Bizə ən yaxçı halda 30 faiz "bayram pulu" ayırırlar. Haqqımızı tapdalayırlar.
Xahiş edirik, müraciətimizi işıqlandırın ki, lazımı qurumlar görsün, bəlkə bir tədbir görülə".
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 Aprel 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















