Icma.az
close
up
RU
Çimərliklərdə zir zibilini atıb gedənlər cərimələnə bilər? Ekspert

Çimərliklərdə zir zibilini atıb gedənlər cərimələnə bilər? Ekspert

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çimərlik ərazisində qaydalar necə tənzimlənməlidir? Tullantıları əraziyə atıb evinə dönən vətəndaş üçün hansı cəza tədbirləri görülməlidir?

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bu halların qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsini məqsədəuyğun hesab edir:


"İnzibati Xətalar Məcəlləsində hazırda sənaye tullantıları üçün cərimə nəzərdə tutulur. Vətəndaşların belə məkanlara zibil atması ilə bağlı hər hansı qayda yoxdur. İnzibati Xətalar Məcəlləsində belə bir xəta növü nəzərdə tutulsa bu hallar təkrarlanmayacaq. Tullantıları çimərliklərə atan vətəndaşlar üçün ciddi cərimə təyin edilməlidir".

Vəkil təklif edib ki, zibilini çimərliklərə atan hər bir vətəndaş ən azı 100 manat cərimə olunmalıdır:

"Belə olarsa heç kəs zibilini çimərliyə atmayacaq və məsuliyyətli olacaq".

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə, hər il çimərlik mövsümündə Abşeron çimərliklərində sanitar-epidemioloji vəziyyət gündəmə gəlir:


"Mediada və sosial şəbəkələrdə Bakı çimərliklərindən hazırlanmış video-süjeti ürək ağrısı ilə izlədim. Zaman dəyişir, azərbaycanlıların çimərlikdə istirahət anlayışı, davranışı dəyişmir. Bu urbanistik problem də deyil. Heç kim dağ kəndindən gəlib Bakıda çimərliyə getmir. Abşeron çimərliklərinə üz tutanlar illərdir Bakıda yaşayan insanlardır. İnsanlar sanki piknik yerlərinə, çimərliklərə istirahətə yox, təbiətə divan tutmağa gəlirlər. Oturduqları yerə hər cür məişət tullantısı atırlar. Qarpız, yemiş qabığı, meyvə çəyirdəyi, çörək qırıtıları, su butulkaları, sellofan torbalar, plastik qablar, hətta şüşə qırıtıları. İnsanlar düşünmür ki, ondan sonra həmin yerə başqa bir vətəndaş gələcək, istirahət edəcək, günəşdən daldalanacaq. Qəribədir ki, "ərazidə məişət tullantıları qabı yoxdur” bəhanəsi də keçərli deyil".

Elman Cəfərli hər yerdə zibil qablarının yerləşdirildiyini əlavə edib:

"Bu cür antisanitar vəziyyətlərə adətən ictimai çimərliklərdə rast gəlinir. Özəl çimərliklər vaxtlı-vaxtında təmizlənir. Yəni ora nəzarət var. Yaxşı olar ki, ictimai çimərliklərlə bağlı televiziyalarda, sosial şəbəkələrdə sosial çarxlar hazırlansın. Çimərliklərin qarşısına insanları nümunəvi davranışa çağıran məlumat lövhələri vurulsun. Yaxşı olar ki, hər kəs özü ilə gətirdiyi qidaları istifadə etdikdən sonra sellofan torbaya yığıb məişət tullantıları qabına atsın”.

Ekoloq qaydaları qəsdən pozanlar üçün isə cərimələrin tətbiq edilməsinin vacibliyini vurğulayıb:

"Ölkə ərazisində ətraf mühiti çirkləndirənlərə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələr tətbiq olunur. Məişət tullantılarını zibil qutularından kənara atanlar üçün cərimə 50 manat nəzərdə tutulib. Heç kim insanların maddi ziyana düşməsini istəməz. Lakin çimərlikləri zibilləyənlər də cərimə edilməlidir. Cərimələr çəkindirici vasitədir, başqa sahələrdə cərimələrin tətbiq olunması təcrübəsi göstərir ki, bir müddətdən sonra müsbət nəticə almaq çümkündür. Məsələn, küçədə siqaret çəkməyə cərimə tətbiq edilir deyə, insanlar xüsusi ayrılmış yerlərdə siqaret çəkirlər. Çimərliklərdə yerə məişət tullantıları atanlar cərimələnsə, bir müddət sonra Abşeron çimərliklərində təmizlik göz oxşayacaq”.

Bütün tədbirlərə baxmayaraq, ekoloq ictimai düşüncənin dəyişməsini önə çəkib:

"İnsanların ətraf mühitə, canlı aləmə yanaşması dəyişsin. Qlobal iqlim dəyişikliyi ilə mübarizə şəraitində ətraf mühitin qorunması başlıca vəzifə kimi qarşıda durur. İnsanlar dərk etməlidir ki, ətraf mühitin qorunması evimizin kandarından başlanır. Biz məişət tullantılarını, boş su qablarını evimizə atmırıq. Bu yanaşma düşüncəmizə hopmalı və dəyişməz qalmalıdır”. 

Elman Cəfərov Abşeron çimərliklərinə çoxlu xarici turistlərin gəldiyini diqqətə çatdırıb:

"Bakının, istirahət və mədəniyyət parklarının, çimərliklərin təmizliyi toplum olaraq bizim haqqımızda rəy formalaşdırır. Yaxşı olar ki, xarici qonaqlarda ölkəmiz, insanlarımız haqqında yaxşı təəssürat yaradaq”.

Qeyd edək ki, paytaxtda yerləşən çimərliklərdə tullantılardan yaranmış acınacaqlı vəziyyət istirahətə gedənlərin narazılığına səbəb olur. İstirahət üçün ödənişsiz çimərlikləri seçən vətəndaşlar özləri ilə gətirdikləri qida və qeyri-qida tullantılarını çimərlik ərazisində atıb gedirlər. Bu da sonda natəmizliyə səbəb olur.

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri