Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29u keçirməklə böyük bir addım atmış oldu VİDEO AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
COP29-da logistika ilə bağlı böyük bir uğur var. Azərbaycan 70 mindən çox insanı yerləşdirdi və heç kəs narazılıq görmədi. Bunun üçün Azərbaycan Prezidentini təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 21-də keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder söyləyib.
O, Bakı şəhərinin heyrətamiz dərəcədə gözəl göründüyünü deyib: "İnsanlar mənə yaxınlaşıb “Bakının COP29 üçün belə təmizləndiyini soruşanda, xeyr, Bakı hər zaman belə təmiz şəhərdir” deyə cavab verirəm. Qürurla deyə bilərəm ki, təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu. COP29 ən vacib beynəlxalq konfranslardan biridir”.
Cin Baderşnayder əlavə edib ki, iqlim maliyyəsinin sürətlə genişlənməsi bununla bağlı məqsədlərimizə çatmağın vacib hissələridir. “Biz bilirik ki, dövlət sektoru bunu təkbaşına edə bilməz”, - deyən C.Baderşnayder iqlim dəyişmələri ilə bağlı maliyyə məsələləri üçün böyük bir təməl platforma təmin etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















