Icma.az
close
up
RU
Çin nümayəndə heyəti Milli Məclisdə oldu

Çin nümayəndə heyəti Milli Məclisdə oldu

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Noyabrın 14-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım və deputat Ziyad Səmədzadə Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının parlament nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, komitə sədrinin müavini Fatma Yıldırım Çin Xalq Siyasi Məşvərət Şurasının Ətraf mühitin və resursların mühafizəsi komitəsinin sədr müavini Li Jinbinin rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakını iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssas yanaşmanın göstəricisi kimi yüksək qiymətləndirib. O, Azərbaycanla Çin arasında əlaqələrin artan dinamika ilə inkişaf etdiyini deyib, strateji xarakter daşıyan münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, bir çox qlobal əhəmiyyətli layihələrdə uğurla əməkdaşlıq etməsinə toxunub, Azərbaycanın yaşıl enerji və yaşıl texnologiyaların tətbiqi və təşviqi ilə bağlı gördüyü işlər barədə danışıb.

Çin parlamentinin komitə sədrinin müavini Li Jinbin COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib, Çinin Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin COP29-a sədrliyi dövründə qlobal miqyasda iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı kimi sahələrdə mühüm nəticələrin əldə olunacağına inamını bildirib.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Noyabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see355

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see275

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see263

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see202

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see202

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see200

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see192

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see186

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see180

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see170

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see167

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see165

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see165

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see164

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see160

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see160

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see159

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see158

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see158

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri