Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Çin restoranı sindromu

Çin restoranı sindromu

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

"Çin restoranı" sindromunu qida dadlandırıcılarına qarşı allergiya kimi də qəbul etmək olar.

Son illər Çin mətbəxinin pərəstişkarları artdığına görə həmin sindroma tutulanların sayı da çoxalıb. Çin yeməklərindən dadanlarda bəzən baş ağrıları, dəri solğunlaşması və ya üzdə qızarma, tərləmə və ürəkdöyünmə əlamətləri yaranır.

İlk dəfə keçən əsrin 60-cı illərində aşkar olunan sindromun daha ağır formalarında astmatik tutmalar, hətta əl və ayaqların tamamilə keyiməsi də olur. Əgər Çin mətbəxinin xörəyi və ya hər hansı hazır qidaları qəbul edərkən dodaqlar ətrafında yanma və keyimə yaranırsa həmin sindromdan şübhələnmək lazımdır. Əhalinin təxminən 30 faizində həmin sindroma rast gəlinir və simptomlar adətən 20-60 dəqiqə çəkir.

Tədqiqatçılardan bəziləri "Çin restoranı" sindromunun əmələ gəlməsini ilk əvvəl mononatrium qlütamat adlı qida dadlandırıcısı ilə əlaqələndirir. Həmin maddə yarımfabrikatlar, çipslər, tez hazırlanan şorba və makaronlar, kolbasa məhsulları, hazır souslar, bulyon kinları və bütün "fast-food"ların hazırlanmasında istifadə olunan E621 aromatizatorudur. Hətta bəzən onu qida narkotiki də adlandırırlar. Onun əsas səbəbi dadlandırıcı qatılmış qidalara alışanların sadə xörəklərin dadını hiss etməməsi və həmişə qlütamatlı qidalara meyl etməsidir.

Müasir dövrdə sintetik yolla alınan mononatrium qlütamat əslində orqanizm üçün o qədər də yad maddə deyil və bütün zülalların tərkib hissəsi olan qlütamin turşusundan əmələ gəlir. Qlütamin turşusu təzə tərəvəzlərə, mal və toyuq ətinə iştahaçıcı dad və ətir verir. Qidaların konservləşdirilməsi zamanı həmin turşunun miqdarı kəskin azaldığına görə onun dadında da mənfi keyfiyyət dəyişikliyi baş verir. Elə buna görə də konservləşdirilmiş və ya polietilen torbalara yığılmış bütün məhsullara dad vermək üçün mononatrium qlütamat kimi dadlandırıcılardan istifadə olunur. Ən əsas məsələlərdən biri maddənin miqdarıdır.

Əgər “Çin restoranı” sindromu özünü yüngül formada baş ağrıları, istilikbasma və tərləmə ilə büruzə verirsə, həkimin müayinəsinə o qədər də ehtiyac olmur. Verilən xörəkdən imtina etmək və bol miqdarda maye, xüsusən bitki dəmləmələri içməklə sindromun inkişafının qarşısını almaq mümkündür. Aptek çobanyastığı, yatıqqanqal otu, Hepartea və ya Qastren çaylarının dəmləməsindən istifadə etmək məqsədyönlüdür. Lakin əgər ağrılı əzələ spazmı, güclü ürəkdöyünmə, ürək nahiyəsində sıxılma, döş qəfəsi və qollarda ağrı, tənəffüsün pozulması, boğazda şişkinlik və qıcıqlanma yaranırsa mütləq həkim çağırmaq  lazımdır.

Ömründə bircə dəfə də olsun “Çin restoranı” sindromu yaşayanlar qidalanmaya xüsusi fikir verməlidir. Onlar hazır yeməklər, xüsusi ilə də tez hazırlanan şorba və makaronlar, konservləşdirilmiş ət və balıq məhsulları, kub şəklində olan bulyonlar, çips, hazır suxari kimi çərəzlər, restoranlarda isə ədviyyatlı souslardan istifadə etməməli, qida sifariş verərkən dadlandırıcılara qarşı allergiyası olduğunu gizlətməməlidirlər.

Mütəxəssis rəyi

3 yaşına qədər uşaqların qidasında heç bir qida əlavəsi, xüsusilə mononatrium qlütamat olmamalıdır. Yaxşı olar ki, evdə bişən yeməklərə ümumiyyətlə dadlandırıcılar əlavə edilməsin. Dadlandırıcılar ağız dadını dəyişməklə yanaşı allergiya törədir. Uşaqlar “fast-food”dan imtina etmək istəmədikdə, heç olmazsa, hazır qidalara məhdudiyyət qoyulmalıdır. Qəbul edilən mononatrium qlütamatın sutkalıq norması 0,5 qramdan artıq olmamalıdır.

Mənbə: Herba Flora jurnalı

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see366

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see266

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see227

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see196

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see187

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see179

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see177

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see176

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see170

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see169

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see169

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see167

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see163

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see159

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see159

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see155

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see155

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see148

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri