Icma.az
close
up
RU
“Çin səfəri Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini gücləndirdi” Elçin Mirzəbəyli

“Çin səfəri Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini gücləndirdi” Elçin Mirzəbəyli

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı Plus formatında keçirilən görüşlər və iki tərəfli danışıqlar geniş müzakirə olunur.

Səfər zamanı iqtisadi, geoiqtisadi və geosiyasi əhəmiyyət daşıyan bir sıra məsələlər gündəmə gətirilib.

Görüşlərdə Azərbaycanın regional və beynəlxalq mövqeyi, həmçinin investisiya və iqtisadi əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə səfəri, keçirdiyi iki tərəfli görüşlər və Şanxay Əməkdaşlıq Təşkilatı Plus formatında iştirakı, eləcə də oradakı çıxışı Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini və baxış bucağını dünyaya açıq şəkildə nümayiş etdirir:

“Şanxay Əməkdaşlıq Təşkilatı insan və təbii resurslar baxımından dünyanın ən böyük qurumlarından biridir və geniş iqtisadi imkanlara malikdir.

Azərbaycan çox vektorlu xarici siyasət yürüdür. Ölkəmiz çevik diplomatiyanın tərəfdarıdır və aktiv şəkildə müxtəlif qütblərdə öz maraqlarını ifadə etməyə çalışır. Bu baxımdan Prezident İlham Əliyevin Çinə səfəri, keçirdiyi iki tərəfli görüşlər və Şanxay Əməkdaşlıq Təşkilatı Plus formatında iştirakı, eləcə də oradakı çıxışı Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini və baxış bucağını dünyaya açıq şəkildə nümayiş etdirir”.

Deputat qeyd edib ki, görüşlərdə müzakirə olunan digər vacib mövzular arasında terrorizmlə mübarizə və kommunikasiya məsələləri də var:

“Bunlar yalnız geoiqtisadi deyil, eyni zamanda geosiyasi baxımdan da böyük əhəmiyyət kəsb edir. Bu baxımdan müzakirə ediləcək mövzuların spektri kifayət qədər genişdir.

Azərbaycan da bu proseslərin aktiv iştirakçısıdır və beynəlxalq hüquqa hörmətini nümayiş etdirir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi və regiondakı reallıqları dəyişməsi bölgədə sülhün və təhlükəsizliyin bərpası üçün geniş imkanlar yaradıb.

Zəngəzur dəhlizinin perspektivi baxımından Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr, xüsusilə Çin üçün Azərbaycanın rolu mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə, Azərbaycanın davamlı iştirakı və gələcəkdə yeni statuslara sahib olması həm iqtisadi maraqların təmin olunmasına, həm də qeyri-enerji sektorunun inkişafına zəmin yaradacaq”.

Deputat vurğulayıb ki, Prezidentin keçirdiyi görüşlərdə bu istiqamətdə nəticələr görünməkdədir.

“Azərbaycana investisiyaların yönləndirilməsi üçün müvafiq addımlar atılır və bu, qənaiyyətimcə, prosesin başlanğıc mərhələsidir; gələcəkdə isə daha davamlı və genişlənmiş formada davam edəcəyi gözlənilir”-deyə deputat əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri