Çin və Çexiya arasında diplomatik qalmaqal: Pekin Petr Pavellə təmaslarını dayandırıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Çin Hindistanda Dalay Lama ilə görüşünə görə Çexiya prezidenti Petr Pavellə bütün təmaslarını dayandırıb. Bu barədə ČTK məlumat yayıb.
Belə ki, avqustun 12-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian rəsmi brifinqdə bildirib ki, Çin Hindistanda 14-cü Dalay Lama ilə görüşü ilə əlaqədar Çexiya prezidenti Petr Pavellə bütün qarşılıqlı əlaqələri dayandırır.
Jianqın sözlərinə görə, Pavelin Hindistanda sürgündə olan Tibetin ruhani liderini ziyarət etməsi təxribatdır və Çexiyanın Çin qarşısında götürdüyü siyasi öhdəliklərin ciddi şəkildə pozulmasıdır. Çin diplomatı bu cür hərəkətlərin Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdiyini vurğulayıb.
Bununla bağlı Pekin Çexiya tərəfinə ciddi etirazını bildirib və Çexiya prezidenti ilə bütün əlaqələri dayandırdığını bəyan edib. Öz növbəsində, Çexiya Prezidentinin Aparatı görüşün ciddi şəkildə qapalı keçirildiyini və rəsmi xarakter daşımadığını bildirib.
Xatırladaq ki, 1959-cu ildə Tibetdəki uğursuz üsyandan sonra Dalay Lama qaçaraq Hindistana sığınmış və orada sürgündə hökumət qurmuşdu. Çin bu hökuməti tanımır və Dalay Lamanı separatçı hesab edir.
Dalay Lama özü vurğulayır ki, onun məqsədi Çinin xarici siyasətində Tibet məsələsini azaltmaq cəhdlərinə baxmayaraq, Tibet üçün daha böyük muxtariyyət əldə etmək və Tibet mədəniyyətini və dinini qorumaqdır.
Qeyd edək ki, bu hadisə Çin və Çexiya arasında diplomatik gərginliyin artmasının növbəti mərhələsi olub. Bundan əvvəl, 2023-cü ilin yanvarında Pekin Pavelin Tayvan prezidenti Tsay İnq-ven ilə telefon danışığından narazılığını bildirmişdi. Bu hadisələr iki ölkə arasında münasibətlərdə, xüsusən də Tayvan və Tibetlə bağlı məsələlərdə artan gərginlikdən xəbər verir.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Avqust 2025 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















