Icma.az
close
up
RU
Çində Azərbaycan Prezidentinə göstərilən rəğbət onun beynəlxalq roluna hörmətin göstəricisidir ŞƏRH

Çində Azərbaycan Prezidentinə göstərilən rəğbət onun beynəlxalq roluna hörmətin göstəricisidir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Böyük çoğrafi ərazini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilat (ŞƏT) qlobal ümumi daxili məhsulun 25 faizini və dünya əhalisinin də 40 faizini təşkil edir. Təşkilat böyük sürətlə artan istehsal imkanlarına, insan kapitalına və zəngin təbii sərvətlərə malik ölkələrdən ibarətdir. ŞƏT-in əsas məqsədi mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır. Qısacası, məcburetməyə, təhdidə əsaslanan birqütblü dünya düzəninin əksinə, bərabər maraqlara, iqtisadi əməkdaşlığa, bərabər hüquqa söykənən çoxqütblü dünya düzəninin yaradılması təşkilat üçün priotitetdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O xatırladıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 2015-ci il iyulun 10-da keçirilən iclasında Azərbaycan Respublikasına dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar, 2016-cı il martın 14-də isə Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanıb. Bu baxımdan da çoxvektorlu xarici siyasət həyata keçirməyi beynəlxalq siyasətində prioritet hesab edən ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olma istəməsi milli maraqlarımıza uyğundur. Azərbaycan Təşkilata üzv və dialoq tərəfdaşı olan bir çox ölkələrlə “strateji və ya müttəfiqlik” əlaqələrinə malikdir. Eyni zamanda, Təşkilata daxil olan bir çöx ölkələr bir-birilə, o cümlədən Şəqlə Qərbi, Şimalla Cənubu birləşdirən dəhliz ölkəsidir. Ona görə coğrafi mövqeyimizin verdiyi üstünlüklərdən və regionda yaratdığımız təhlükəsizlik şəraitindən və iqtisadi imkanlardan yararlanaraq, birqütblü dünyanın qlobal siyasi sistemə verdiyi mənfi nəticələri görərək Şanxay Əməkdaşlıq Təşkilatına üzvü olmaq əhəmiyyətlidir. Eyni zamanda, ölkəmizin imkanları da Təşkilatın öz məqsədlərini həyata keçirməsi üçün bizimlə əməkdaşlığın onun üçün də çox faydalı ola biləcəyini göstərir.

“Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyevə olan münasibət, onun qarşılanması, göstərilən səmimi rəğbət, keçirdiyi görüşlər Azərbaycanın əhəmiyyətinin, beynəlxalq rolunun yüksək qiymətləndirildiyinin göstəricisidir. Təşkilatın əsas lokomotivi və özəyi olan Çinin ölkəmizlə sürətlə artan əlaqələri və əməkdaşlığı, “Bir kəmər, bir yol” layihəsinə verdiyimiz dəstək, Çin rəhbərinin Prezident İlham Əliyevlə olan səmimi münasibəti və onu Çinin “böyük dostu” adlandırması, Təşkilatın digər üzvləri olan ölkələrlə sıx əlaqələrimiz gələcəkdə ŞƏT-in üzvü olmaq potensialımızı gücləndirir.

Azərbaycanın ŞƏT üçün verəcəyi töhfəni görməzdən gələrək, nəqliyyat-kommunikasiya imkanlarından Təşkilatın istifadə etməsinin qarşısını almağa çalışan, Təşkilatda bölücülük fəaliyyəti aparan, cılız qısas ümidində olan Hindistanın bizə qarşı veto siyasəti mütəffiqlərimiz tərəfindən tezliklə aradan qaldırılacaq.

Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı, bu ilin avqust ayının 8-də Vaşinqtonda imzalanan Bəyannamənin dəstəklənməsi, Azərbaycanın regionda həyata keçirdiyi sülh gündəliyinə verilən yüksək önəm Təşkilatla ölkəmiz arasında münasibətlərin yeni müstəviyə keçdiyini göstərir”, - deyə Y.Hacızadə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri