Çində balıq “su pərisi”nin başını dişləyib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Pekin, 31 yanvar, AZƏRTAC
Çinin Yunnan vilayətində əyləncə mərkəzində sualtı şou zamanı balıq anidən “su pərisi”nə hücum edib.
AZƏRTAC xəbər verir ki, Çin Yeni ili bayramı ilə əlaqədar yanvarın 29-da keçirilmiş şou zamanı iri balıq “su pərisi”nin başını dişləyib. Özünü itirməyən “su pərisi” başını balığın ağzından çıxarmağa nail olub. Rusiyadan olan “su pərisi” yüngül xəsarət alıb.
Hadisəni turistlər telefon vasitəsilə çəkib, sosial şəbəkələrdə yayıblar. Əyləncə mərkəzi açıqlama yayaraq, “təqsirkarın” nərə balığı olduğunu bəyan edib. “Su pərisi” şousu isə bərpa olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:Çində akvariumda bədbəxt hadisə: Su pərisi boğulmaqdan son anda xilas edildi
29 Aprel 2025 12:43
Çində xəstəxananı su basdı
07 Avqust 2025 12:21
Çində ağıl verən su satılır
17 İyun 2025 19:38
Çində havadan su düzəltməyi öyrəniblər
01 Dekabr 2025 14:23
Dəniz sahilində su pərisi tapılıb..?
26 Mart 2025 19:56
Baxış sayı:85
Bu xəbər 31 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















