Çində sürətli dəmir yolu xətlərinin uzunluğu 50 min kilometri keçib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Çində yüksəksürətli dəmir yolu xətlərinin ümumi uzunluğu 50 min kilometri keçib.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, dekabrın 26-da ölkədə yeni sürətli marşrut xətti açılıb: “Fusin” sürət qatarı Şensi əyalətinin Yanan şəhərindən həmin əyalətin inzibati mərkəzi Siana yola düşüb. Dəmiryol xəttinin bu hissəsində qatarın sürəti saatda 350 kilometrə çatıb. Yeni sürətli dəmir yolu şəhərlər arasında səyahət müddətini iki saatdan bir saata endirib.
Qeyd edək ki, ölkədə yüksəksürətli ilk dəmir yolu xətti 2008-ci ildə açılıb və o, Pekini Tyantszin şəhəri ilə birləşdirib.
“Hazırda belə xətlər 500 min və daha artıq əhalisi olan bütün şəhərlərin 97 faizini əhatə edir. Çin istifadədə olan yüksəksürətli dəmir yolları xətlərinin uzunluğuna görə dünyada birinci yerdədir. Ölkə, həmçinin dəmir yolu ilə səyahətin sürətinə görə də dünya lideridir”, - deyə “China State Railway Group” şirkətindən bildirilib.
Baxış sayı:85
Bu xəbər 26 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















