Icma.az
close
up
RU
Çindən investisiya Azərbaycan iqtisadiyyatının innovativ inkişafına stimul verəcək RƏY

Çindən investisiya Azərbaycan iqtisadiyyatının innovativ inkişafına stimul verəcək RƏY

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Çindən investisiya və yüksək texnologiya transferi Azərbaycan iqtisadiyyatı və sənayesinin səmərəli diversifikasiyasına və innovativ inkişafına sistemli şəkildə stimul verəcək.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev danışıb.

Mütəxəssis vurğulayıb ki, Azərbaycan uzun illərdir Şanxay Əməkdaşlıq Təşkilatı və “Kəmər və Yol” təşəbbüsü kimi Şərq əsaslı beynəlmiləl platformalar vasitəsilə Çin ilə çoxşaxəli və konstruktiv əlaqələrini gücləndirir:

“2024-cü ildə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında daha sıx inteqrasiyanın formalaşmasına zəmin yaratdı. Hazırda bu strateji tərəfdaşlıq iqtisadi və ticarət əlaqələrindən başlayaraq enerji, nəqliyyat-kommunikasiya sahələrinə, eləcə də yeni nəsil texnologiyalar və rəqəmsal infrastrukturun inkişafına qədər geniş spektri əhatə edir”.

Ekspert hesab edir ki, diplomatik münasibətlərin möhkəmlənməsi kontekstində də irimiqyaslı iqtisadi layihələrin icrası iki ölkə arasında prioritet məsələlərdən birinə çevrilib:

“Azərbaycanın iqtisadi siyasətinin əsas istiqaməti kimi xarici sərmayə axınının təşviq edilməsi fonunda ölkə ərazisində Çin mənşəli şirkətlərin iri investisiya və texnologiya layihələrində iştirakı üçün optimal şərait yaradılır. Çinin Azərbaycanla alternativ enerji mənbələri üzrə əməkdaşlıqlar qurması üçün geniş imkanlar mövcuddur. Azərbaycanın bərpa olunan enerji potensialı, xüsusilə zəngin günəş və külək enerjisi ehtiyatları Çin şirkətlərinin iri investisiya və texnologiya layihələrini burada da həyata keçirməsinə şərait yaradır”.

V.Quliyev, həmçinin diqqətə çatdırıb ki, beynəlxalq nəqliyyat və logistika sahəsindəki əməkdaşlıqlar da ikitərəfli əlaqələrin strateji istiqamətlərindən birinə çevrilir:

Vüsal Quliyev

“Xüsusilə, Orta Dəhliz Azərbaycan-Çin strateji tərəfdaşlığında vacib rol oynayır. Şərqi Avropada hakim olan kritik geosiyasi mənzərə fonunda Çin mənşəli məhsulların Avropa bazarlarına təhlükəsiz və sürətli nəqli üçün alternativ və etibarlı tranzit kanal kimi Orta Dəhlizin əhəmiyyəti günbəgün artmaqdadır. İkitərəfli güclü diplomatik və kommersiya əlaqələrinin formalaşması bu çoxmodullu beynəlxalq qatar-bərə yolunun özünü iqtisadi və siyasi cəhətdən doğrultması baxımından önəmlidir”.

Müsahibin sözlərinə görə, Orta Dəhlizin optimallaşdırılması və ötürücülük potensialının artırılması Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması baxımından deyil, həm də onun beynəlxalq ticarətdə strateji mövqeyinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və regional inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan Orta Dəhliz vasitəsilə Çinin Avropaya çıxışını təmin edən ən vacib ölkələrdən birinə çevrilməkdədir. Ancaq bu yol həm də marşruta daxil olan digər dövlətlər üçün də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Bakı Limanı kimi quru və dəniz əsaslı fiziki və rəqəmsal infrastruktur layihələri vasitəsilə regional logistik qovşaq kimi mövqeyini daha da möhkəmləndirir”, - o əlavə edib.

V.Quliyev bildirib ki, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində yaxın və orta perspektivdə Çindən Azərbaycana investisiya cəlbi də istisna edilmir:

“Bu əməkdaşlıqlar Orta Dəhlizin inkişaf perspektivlərini genişləndirə və onun səmərəli nəqliyyat şəbəkəsinə çevrilməsinə töhfə verə bilər. Bütövlükdə, Azərbaycan-Çin strateji tərəfdaşlığı iki ölkənin milli maraqları ilə yanaşı, Avrasiya regionunda iqtisadi sabitliyin və inkişafın təmin edilməsinə töhfə vermə potensialına malikdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri