ABŞ Senatının Xarici İşlər Komitəsi Rusiya əleyhinə üç qanun layihəsini təsdiqləyib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Konqresinin Senatındakı Xarici İşlər Komitəsi Rusiyaya qarşı yönəlmiş üç qanun layihəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə jurnalistlərə senator, Nyu-Hempşir ştatından demokrat Cin Şahin məlumat verib.
Məlumata görə, birinci qanun layihəsi ABŞ-da dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə edilərək Ukraynaya maliyyə yardımı göstərilməsini nəzərdə tutur.
İkinci sənəd Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif edir. Hazırda ABŞ Dövlət Departamentinin siyahısında İran, Şimali Koreya, Kuba və Suriya yer alır.
Üçüncü qanun layihəsi isə Çinin guya Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatını” dəstəkləməsi ilə bağlı sanksiyaların tətbiqini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Oktyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















