Icma.az
close
up
RU
“CineMastercard” kinoteatrında “Paddinqton 3” Azərbaycan dilində Yeni Gündəm

“CineMastercard” kinoteatrında “Paddinqton 3” Azərbaycan dilində Yeni Gündəm

Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dəniz Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilində peşəkar dublyaj olunan “Paddinqton 3” ailə komediyasının təqdimatı keçirilib.

Tədbirdə təkcə böyüklər deyil, uşaqlar, həmçinin xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri də iştirak ediblər.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik, və Məmmədabağır Eyvazov səsləndiriblər.

Dublyajın rejissoru – Vüqar Hüseynov, prodüser və səs rejissoru – Teymur Kərimov, tərcüməsi – Aytən Nəsirlidir.

Paddinqton 3 — “StudioCanal” tərəfindən istehsal olunmuş və britaniyalı yazıçı Maykl Bondun beynəlxalq bestseller uşaq kitabları seriyası əsasında debütant Duqal Uilsonun rejissorluğu ilə çəkilmiş filmdir.

Filmdə baş rolları “Oskar” mükafatçısı Oliviya Kolman, “Oskar” namizədi Antonio Banderas, BAFTA premiyasına namizədi Emili Mortimer və Karla Tous canlandırıb. Həmçinin franşizadan artıq tanıdığımız aktyorlar da öz rollarına qayıtdılar: Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin.

Lüsi xala yenidən Imelda Stonton, Paddinqton isə Ben Uişou (BAFTA mükafatın laureatı) tərəfindən səsləndirilib.

Film haqqında qısaca: Paddinqton və Braun ailəsi ayı balasının vətəninə – Peruya yola düşür! Lakin yerindəcə məlum olur ki, sevimli xala Lüsi müəmmalı səbəbdən özü səyahətə çıxıb. İndi bütün ailə geniş Amazonun çayları, meşələri və dağ zirvələri ilə onun ardınca maraqlı bir macəraya başlayır.

Film əvvəlki hissələrdən fərqlənir. Əvvəllər hadisələr Paddinqtonun evinə çevrilən Braun ailəsinin Londondakı evindən başlayırdı. Amma indi isə hər şey başqadır. Braunlar vəhşi təbiətə naməlumlara doğru gedir. Bu səyahət zamanı personajların hər biri özləri və ailədəki yeri haqqında yeni bir şey başa düşürlər. Sınaqlar onların birləşməsinə kömək edir.

“Paddinqton 3” tamaşaçılara xatırladır ki, haradan olmağınızdan asılı olmayaraq, siz həmişə öz əsl evinizi tapa və dünyanı yaxşılığa doğru dəyişdirə bilərsiniz.

Tərəfdaşların təşəbbüsü ilə Cinema Distribution, CineMastercard kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə Azərbaycan tamaşaçıları üçün “Paddinqton 3” filminin peşəkar dublyajı olunub.

Dublyaj işi filmin orijinal ab-havasını və ruhunu qoruyub saxlamaq, eləcə də personajların səmimi duyğularını tamaşaçılara çatdırmaq üçün əlindən gələni edən ixtisaslaşmış dublyaj şirkətinin təcrübəli komandasına həvalə edilib. Filmin yaradıcılarının ideyalarına uyğun olaraq personajların səslərinin və cizgilərinin təbii və üzvi səslənməsi üçün detallara xüsusi diqqət yetirilib.

Cinema Distribution, CineMastercard kinoteatrı və VOLGA kino şirkəti əməkdaşlığının nəticəsi ilə fəxr edir və inanır ki, filmin lokallaşdırılmasına peşəkar yanaşma tamaşaçılara sevimli qəhrəman balaca ayı Paddinqtondan füsunkar hekayəsindən daha da həzz almağa kömək edəcək.

Tədbirin təşkilində dəstək göstərilib: “VOLGA” kino şirkəti, Cinema Distribution, Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “7 Gül” gül butikindən dekorasiya, “Pon-Pushka” ponçikləri, Animator.az və Magic Face Art.

Qeyd etmək istərdik ki, “CineMastercard” premium kinoteatrlar şəbəkəsində Azərbaycan dilində peşəkar dublyaj olunan “Paddinqton 3” filmi noyabrın 28-dən etibarən nümayişə başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 27 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri