Icma.az
close
up
RU
“CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası təqdim olunub

“CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası təqdim olunub

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dəniz Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” ailə komediyasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tərəfdaşların təşəbbüsü ilə "Cinema Distribution", "CineMastercard" kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə film Azərbaycan tamaşaçıları üçün peşəkar dublyajı olunub.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik, və Məmmədabağır Eyvazov səsləndirib.

Dublyajın rejissoru Vüqar Hüseynov, prodüser və səs rejissoru Teymur Kərimov, tərcüməsi isə Aytən Nəsirliyə məxsusdur.

Tədbirin təşkilində “VOLGA” kino şirkəti, Cinema Distribution, Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “7 Gül” gül butikindən dekorasiya, “Pon-Pushka” ponçikləri, Animator.az və Magic Face Art dəstək göstərib.

Qeyd edək ki, ekran işi “StudioCanal”ın istehsal etdiyi və britaniyalı yazıçı Maykl Bondun beynəlxalq bestseller uşaq kitabları seriyası əsasında debütant Duqal Uilsonun rejissorluğu ilə çəkilmiş filmdir. Filmdə baş rolları “Oskar” mükafatçısı Oliviya Kolman, “Oskar” namizədi Antonio Banderas, BAFTA premiyasına namizədi Emili Mortimer və Karla Tous canlandırıb.

Məzmuna gəlincə, filmdə Paddinqton və Braun ailəsi ayı balasının vətəninə Peruya yola düşüb. Lakin yerindəcə məlum olur ki, Lüsi müəmmalı səbəbdən özü səyahətə çıxıb. İndi bütün ailə geniş Amazonun çayları, meşələri və dağ zirvələri ilə onun ardınca maraqlı bir macəraya başlayır. Film əvvəlki hissələrdən fərqlənir. Əvvəllər hadisələr Paddinqtonun evinə çevrilən Braun ailəsinin Londondakı evindən başlayırdı. Amma indi isə hər şey başqadır. Braunlar vəhşi təbiətə naməlumlara doğru gedir. Bu səyahət zamanı personajların hər biri özləri və ailədəki yeri haqqında yeni bir şey başa düşürlər. Sınaqlar onların birləşməsinə kömək edir.

“Paddinqton 3” filmi sabahdan etibarən “CineMastercard”da nümayiş olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri