Çinin hərbi gəmiləri və təyyarələri Tayvana yaxınlaşdı Nə baş verir? KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Çin ordusunun 28 təyyarəsi və 7 gəmisini qeydə alıb.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tayvanın müdafiə nazirliyi bildirib ki, 25 Çin təyyarəsi Tayvan boğazı üzərində görünüb:
“Bu gün səhərdən etibarən Tayvan ətrafında fəaliyyət göstərən “28 PLA” təyyarəsi və “7 PLA” Hərbi Dəniz Qüvvələrinin gəmisi aşkar edilib. 28 təyyarədən 25-i Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik və müvafiq reaksiya vermişik”, – Tayvan müdafiə nazirliyinin məlumatında deyilir.
Tayvanın müdafiə nazirliyi mütəmadi olaraq Çin təyyarələrinin və gəmilərinin yaxınlaşmasını qeydə alır.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















