Çinin nüvə arsenalı strateji vəziyyəti əsaslı şəkildə dəyişib Ağ Ev AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Çinin nüvə arsenalının həcmi artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişib.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.
"Çinin can atdığı nüvə arsenalının ölçüsü nə olursa-olsun, o, artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişdirən səviyyəyə çatıb və buna görə də dünyanın nüvə gücləri, o cümlədən ABŞ arasında daha dərin əlaqə, müzakirə tələb edir. Bu səbəbdən biz Çinlə birbaşa əlaqəyə can atırıq”, - Fayner Vaşinqtonda Karnegi Fondunda keçirilən konfransda deyib.
Ağ Evin sözçüsü Çinin ABŞ rəhbərliyinin fikrincə nüvə təhlükəsizliyi sahəsində ən böyük risklər yaradan dövlətlərin siyahısında yüksək yerdə olduğunu iddia edib. O bildirib ki, vəzifədən gedən Amerika administrasiyası Çinlə rəqabəti “məsuliyyətlə idarə etməyə” çalışır ki, bu da strateji çəkindirmə sahəsində məsələlərin həlli deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Dekabr 2024 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















