Icma.az
close
up
RU
Çinin xarici ticarətinin “barometr”i olan Kanton sərgisi başlayıb

Çinin xarici ticarətinin “barometr”i olan Kanton sərgisi başlayıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 15 oktyabr, AZƏRTAC

Çinin xarici ticarət qovşağı olan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) payız sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 3 mərhələdə keçiriləcək sərginin hər mərhələsi 5 gün davam edəcək. Budəfəki sərgi həm iştirakçıların, həm də pavilyonların sayına görə rekord göstəricilərə malikdir. Təşkilatçıların məlumatına görə 218 ölkədən 247 min alıcı qeydiyyatdan keçib. Bu, əvvəlki sərgi ilə müqayisədə 10 faiz çoxdur. ABŞ, Avropa İttifaqı, “Kəmər və yol” ölkələrindən olan alıcıların sayında artım daha böyükdür.

Sərgidə 74 mindən çox pavilion fəaliyyət göstərir. Kantona ilk dəfə qatılan şirkətlərin sayı 3600-dən çoxdur.

Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biri hesab olunur. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda keçirilir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri