Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pekin, 15 oktyabr, AZƏRTAC
Çinin xarici ticarət qapısı hesab olunan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac malları sərgi-yarmarkasının (Kanton sərgisi) payız sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, üç mərhələdə keçiriləcək 140-cı Kanton sərgisinin hər etapı 5 gün davam edəcək. Sərgidə 30 mindən çox şirkət öz məhsullarını təqdim edir. Noyabrın 15-dək davam edəcək sərgiyə qatılmaq üçün xarici ölkələrdən təxminən 340 min alıcı qeydiyyatdan keçib. Təqdim olunan məhsulların 23,2 faizini yeni texnologiyalar, 26 faizini isə ekoloji cəhətdən təmiz (“yaşıl") məhsullar təşkil edir ki, hər iki göstərici rekord səviyyəyə çatıb.
Qeyd edək ki, 1957-ci ildən keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Xarici şirkətlərə Çin istehsalçıları ilə əlaqə yaratmaq, məhsul nümunələrini araşdırmaq və topdansatış müqavilələri bağlamaq imkanı verən Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük, ən uzunmüddətli ticarət sərgi-yarmarkalarından biri hesab olunur. Kanton Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə yazda və payızda keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















